Almaniyanın Schmalkalden Tətbiqi Elmlər Universiteti müsabiqə elan edir

Almaniyanın Schmalkalden Tətbiqi Elmlər Universiteti müsabiqə elan edir

                                                                                                                                                                E L A N

BMU tələbələrinin nəzərinə,

BMU-nun Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti 2021/2022-ci tədris ili payız semestri üçün (Sentyabr 2021 – Fevral 2022 tarixləri üçün) müsabiqə elan edir.

Tələbələr sözügedən universitetdə bir semestrlik təqaüdlə təhsil almaq imkanı əldə edə bilərlər. Müsabiqədə yalnız İqtisadiyyat və idarəetmə fakültəsi ilə Mühəndislik fakültəsinin bakalavr proqramında təhsil alan tələbələri iştirak edə bilər.

İlk seçim mərhələsi Erasmus+ KA1 mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri onlayn formada təqdim olunan qeydiyyat linki (https://bit.ly/3wRxi9m ) vasitəsilə göndərməlidirlər:

1. Transkript (ümumi ortalama 85+);

2. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);

3. Motivasiya məktubu;

4. Tövsiyyə məktubu;

5. Tərcümeyi-hal (CV).

Qeyd-1: Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.

Qeyd-2: İngilis dilində tədris olunan dərslər təqdim olunan linkdə qeyd olunmuşdur: https://www.hs-schmalkalden.de/en/international/incoming-students/courses-for-incomings/exchange-students/wise-20202021.html

Tələb olunan sənədləri 25.04.2021-ci il tarixinə, saat 23.59-a kimi təqdim olunan qeydiyyat linkinə (https://bit.ly/3wRxi9m) daxil olaraq yükləməyiniz xahiş olunur.

Əlavə sual yaranarsa Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya e-mail ilə müraciət edə bilərsiniz (email: nalakbarova@beu.edu.az).

Digər xəbərlər