Litvanın Mykolas Romeris Universiteti (MRU) doktorantlar və gənc tədqiqatçılar üçün onlayn tədqiqat təcrübəsi təşkil edir

Litvanın Mykolas Romeris Universiteti (MRU) doktorantlar və gənc tədqiqatçılar üçün onlayn tədqiqat təcrübəsi təşkil edir

Litvanın Mykolas Romeris Universiteti (MRU) sosial və humanitar elmlər üzrə 3-7 May 2021-ci il tarixində keçiriləcək onlayn tədqiqat təcrübəsinə doktorantları və gənc tədqiqatçıları dəvət edir.

Bir həftə ərzində ədəbiyyat axtarışı və istinad rəhbərliyi üçün rəqəmsal alətlər haqqında məlumat, ingilis dilində akademik yazı yazma bacarığı, tədqiqat nəticələrini uğurla dərc etmək, layihə təklifi hazırlamaq, tədqiqatlarınızı bölüşmək və şəxsi markanızı yaratmaq üçün faydalı məsləhətlər alacaqsınız. Bundan əlavə, təcrübə rəhbəri ilə dissertasiya mövzusunda təkbətək məsləhətləşmələr, MRU kitabxana məlumat bazalarına pulsuz onlayn giriş əldə edəcəksiniz.

Onlayn tədqiqat təcrübəsini uğurla başa çatdırmış namizədlərə təcrübə sertifikatı veriləcəkdir.

Tədbir ingilis dilində təşkil olunacaqdır.

22 aprel 2021-ci il tarixinədək aşağıda göstərilən linkdən qeydiyyatdan keçmək lazımdır:

https://forms.office.com/r/WLx6aBvbBH  

Qeyd olunan linkdən http://bit.ly/mru-research-internship detallı məlumat əldə edə bilərsiniz.

Hansısa sual yarandığı təqdirdə göstərilən email adresinə phd@mruni.eu müraciət edə bilərsiniz.

 

 

Digər xəbərlər