Professor-müəllim heyətinin nəzərinə

Professor-müəllim heyətinin nəzərinə

Professor-müəllim heyətinin nəzərinə

Professor-müəllim heyətinin nəzərinə,

BMU-nun Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Türkiyənin Akdeniz Universiteti professor-müəllim heyəti üçün bir həftəlik mübadilə çağırışı elan edir. Müsabiqə 2022/23-cü tədris ili üçün nəzərdə tutulub. BMU-nun Logistika və nəqliyyat texnologiyaları kafedrasının akademik heyəti sözügedən universitetin (https://eng.akdeniz.edu.tr/faculties-307) müvafiq fakultəsinə müraciət edə bilər.

Sənədlərin qəbulunun son tarixi 01.02.2023-ci ildir.

Müsabiqədə iştirak edən namizədlər aşağıdakı seçim tələblərinə uyğun müəyyən  olunacaq:

- Tərcümeyi-hal (CV);

- Nəzərdə tutulan tədris proqramının məzmunu (Content of the teaching programme);

- Motivasiya məktubu;

- Nəşrlərin siyahısı;

- BMU əsas iş yeri olmalı;

- BMU-da ingilis dilində tədris etməli.

Qeyd: Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.

Əlavə sual yaranarsa Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (email: nalakbarova@beu.edu.az).

 

*** Sənədləri ZIP fayl olaraq ad/soyad qeyd edərək göndərməyiniz xahiş olunur.

Digər xəbərlər