2022-ci il Yaponiya Dövlət Təqaüd Proqramları haqqında məlumat

Yaponiyanın Azərbaycandakı Səfirliyi hər il olduğu kimi bu il də Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) üzrə sənəd qəbuluna başlamışdır. Bu proqram Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin (MEXT) xarici tələbələr üçün təqdim etdiyi tam təqaüd proqramı olaraq, təhsil haqqından azad olma, Yaponiyaya gediş və dönüş biletləri və aylıq təqaüd nəzərdə tutur. Hal-hazırda 3 təhsil proqramı üzrə sənəd qəbulu 31 may, 2021-ci il tarixinədək davam edəcəkdir. Bütün proqramlar məzmunu, müraciətçiyə olan şərtlər, seçim prosedurları, müraciət üçün lazım olan sənədlər haqqında ətraflı məlumat üçün hər proqramın üzərinə gələrək keçid ala bilərsiniz.

1.    2022-ci il Elmi-tədqiqat (elmi-tədqiqatçı tələb, magistratura, doktorantura) üzrə Yaponiya Dövlət Təqaüd proqramı

2.    2022-ci il Bakalavr üzrə Yaponiya Dövlət Təqaüd proqramı

3.    2022-ci il Texnologiya Kolleci üzrə Yaponiya Dövlət Təqaüd proqramı

“Elmi-tədqiqat” üzrə təqaüd proqramı ilk öncə 2 illik tədqiqatçı tələbə kimi qeyri-dərəcə proqramından başlayaraq, daha sonra müvafiq olaraq magistratura və ya doktorantura pilləsinədək irəliləyən minimum 2 illik təhsil proqramı olub, universitetin bakalavr pilləsinin bu il bitirəcək şəxslərdən başlayaraq 35 yaşadək şəxslərin müraciəti üçün açıqdır.

Bakalavr proqramı 1 illik hazırlıq və 4 illik bakalavr pilləsi təhsili olmaqla cəmi 5 illik proqram olaraq, orta məktəbi bu il bitirəcək şəxslərdən başlayaraq 25 yaşadək şəxslərin müraciəti üçün nəzərdə tutulmuşdur.

Texnologiya kollecində təhsil proqramı 1 illik hazırlıq və 3 illik ixtisas təhsili daxil toplam 4 illik təhsil proqramını əhatə edərək, orta məktəbi bu il bitirəcək şəxslərdən başlayaraq 25 yaşadək şəxslərə şamil olunan təhsil proqramıdır.

Yaponiya Səfirliyi tərəfindən qeyd olunan proqramlar üzrə BRİFİNQ keçiriləcəkdir.

      Elmi-tədqiqat proqramı üzrə brifinq:

            3 may (bazar ertəsi) saat 14:30~16:00

·         Səfirlik tərəfindən izahat: 14:30-15:30

·         Sual-cavab: 15:30-16:00

         Brifinqə qeydiyyat üçün son tarix və saat: 3 may saat 12:00

        Bakalavr proqramı və  Texnologiya kolleci proqramı üzrə brifinq:

           4 may (çərşənbə axşamı) saat 14:30~16:00

·         Səfirlik tərəfindən izahat: 14:30-15:30

·         Sual-cavab: 15:30-16:00

        Brifinqə qeydiyyat üçün son tarix və saat: 4 may saat 12:00

Brifinq Zoom proqramı üzərindən online şəkildə keçiriləcəkdir. Daha sonra brifinqin video yazısının səfirliyin Facebook səhifəsində yerləşdirilməsi və ya digər vasitələrlə paylaşılması planlaşdırır.

Brifinqdə iştirak etmək istəyən şəxslərdən aşağıdakı məlumatları səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına və ya Facebook səhifəsinin mesaj hissəsinə göndərməkləri xahiş olunur:

1.    Müraciət etmək istədiyiniz proqramın adı (Elmi-tədqiqat / Bakalavr / Texnologiya kolleci)

2.    Ad və familiyanız

3.    Əlaqə nömrəniz

4.    Mailiniz

5.    Hər hansısa sualınız varsa, öncədən qeyd edə bilərsiniz.

 Brifinqlə bağlı hər hansısa suallarınız olarsa, culture-info@bk.mofa.go.jp mail ünvanına və ya Facebook səhifəsinin mesaj hissəsinə yönləndirə bilərsiniz

Digər xəbərlər