BMU-da mübadilə proqramları haqqında seminar keçirilib

BMU-da mübadilə proqramları haqqında seminar keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə universitetin Pedaqoji fakültəsinin tələbələri üçün Erasmus+KA1 və müxtəlif mübadilə proqramları haqqında onlayn seminarlar təşkil olunub.

Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev və  Elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Kənan Bəşirov keçirilən seminarların tələbələr üçün faydalı olacağını bildiriblər.

Seminarlar Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov tərəfindən aparılıb. O, “Xarici ölkələrdə təqaüdlü və təqaüdsüz təhsil və iş imkanları” haqqında təqdimatla çıxış edib.

İştirakçıların diqqətinə BMU-nun beynəlxalq əlaqələri, xarici universitetlərlə ikitərəfli əməkdaşlıq,  müxtəlif layihələr və proqramlar çərçivəsində imzalanan müqavilələr, anlaşma memorandumları barədə dolğun məlumatlar çatdırılıb.

Tədbirlərdə Erasmus+ mübadilə proqramları, həmçinin proqramlar çərçivəsində keçirilən müsabiqələrdə iştirakın şərtləri, mübadilə proqramlarının müddəti haqqında ətraflı informasiyalar verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər