BMU əməkdaşı “Erasmus Village” layihəsinin rellaşdırılması ilə bağlı tədbirdə iştirak edib

BMU əməkdaşı “Erasmus Village” layihəsinin rellaşdırılması ilə bağlı tədbirdə iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova “Erasmus Village” layihəsinin rellaşdırılması ilə bağlı tədbirdə iştirak edib.

Tədbirdə “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin sədri Əli Tağıyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Toğrul Məmmədli, Azərbaycanda “Horizon Europe” proqramının milli əlaqələndiricisi İlham Hümbətov, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, AHK və Erasmus+ üzrə rəsmi məlumat mərkəzinin direktoru Ramiz Əliyev çıxış ediblər.

Natiqlər Erasmus+ proqramının Azərbaycan vətəndaşları üçün təklif etdiyi imkanlar, proqramın insan kapitalının inkişafında rolu, layihənin bu istiqamətdə verəcəyi faydaları vurğulayıblar.

Layihə çərçivəsində həm ali təhsil müəssisələri, həm də qeyri-hökumət təşkilatlarının beynəlxalq əlaqələrinin gücləndirilməsində yeni çağırışlar və imkanlar mövzusunda dəyirmi masalar təşkil olunub.

Tədbir xaricdə təhsil üzrə dövlət və beynəlxalq proqramlar haqqında sessiyalarla davam edib. Avropa Həmrəylik Korpusu (European Solidarity Corps), Erasmus+Gənclik (Erasmus+Youth), Erasmus Mundus Birgə Magistr proqramı (EMJMD) daxil olmaqla, müxtəlif proqramların dəstəyi ilə xaricdə təhsil, könüllülük və mübadilə proqramlarında iştirak imkanları, müraciət prosesi, qəbul şərtləri haqda ətraflı məlumat verilib.

Tədbirə “Beynəlxalq təhsil və təcrübə” sərgisi ilə yekun vurulub.

Digər xəbərlər