BMU əməkdaşları Portuqaliyanın Braqança Politexnik İnstitutunda olublar

BMU əməkdaşları Portuqaliyanın Braqança Politexnik İnstitutunda olublar

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları - Kimya mühəndisliyi kafedrasının baş müəllimi Cavanşir Salmanov və dosent Rəvan Rəhimov Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Portuqaliyanın Braqança Politexnik İnstitutunda (IPB) olublar.

10-dan çox ölkənin 70-ə qədər nümayəndəsinin qatıldığı mübadilə proqramında iştirakçı ölkələr IPB ilə yaxından tanış olmaqla yanaşı, öz universitetləri ilə bağlı təqdimatlarla çıxış ediblər. Proqram müddətində İPB-də bakalavr və magistrlər üçün mübadilə və ikili diplom proqramları haqqında da müzakirələr aparılıb.

Mübadilə proqramında IPB-nin Dağ Tədqiqat Mərkəzi, Rəqəmsallaşma və İntellektual Robototexnika Araşdırma Mərkəzi, Tətbiqi İdarəetmə Tədqiqat Bölməsi ziyarət olunub və müxtəlif görüşlər keçirilib.

Qeyd edək ki, BMU adıçəkilən  proqram çərçivəsində Braqança Politexnik İnstitutu ilə əməkdaşlıq edir.

BMU əməkdaşları Portuqaliyanın Braqança Politexnik İnstitutunda olublar

Digər xəbərlər