BMU-nun əməkdaşları “CAMPAİGNers” layihəsi çərçivəsində tədqiqatlarda iştirak edib

BMU-nun əməkdaşları “CAMPAİGNers” layihəsi çərçivəsində tədqiqatlarda iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları dos. İsa Qasımov, dos. Pərviz Həsənov və Etibar Qəhrəmanov HORİZON 2020 proqramı əsasında “CAMPAİGNers” beynəlxalq layihəsi çərçivəsində aparılan tədqiqatların ilkin mərhələsində iştirak edib.

Tədqiqatların cari mərhələsi Azərbaycanla yanaşı, Avstriya, Finlandiya, Fransa, Yunanıstan, İsveçrə, Türkiyə, CAR, Peru kimi ölkələrdə aparılıb. 166 səhifədən ibarət olan tədqiqat nəticələri nəşrə hazır vəziyyətdə layihə koordinatorluğuna təqdim edilib.

Xatırladaq ki, bir müddət öncə “CAMPAİGNers” layihəsi əsasında aparılan elmi-tədqiqatlarda Bakı şəhəri Fənər Şəhərlərdən (Lighthouse Cities) biri seçilmişdi. Tədqiqatlar zamanı Fənər Şəhərlərdə, o cümlədən Bakı şəhərində insanların antropogen mənşəli istixana qazlarının yaranmasına fərdi münasibətləri ilə bağlı araşdırmalar aparılıb. Vətəndaşların iqlim dəyişmələrinə və qlobal istiləşməyə münasibəti, onlara təsir edən antropogen mənbələr, hansı növ enerji mənbələrinə üstünlük vermələri, istifadə etdikləri nəqliyyat vasitələrinin, eyni zamanda bərpa olunan enerji növləri ilə bağlı qərarlara münasibətləri öyrənilib. Həmçinin, insanlarda təmiz və sağlam ətraf mühitin formalaşması ilə bağlı fikirlərin yaranmasına təsir göstərən amillər tədqiq olunub.

Avropa İttifaqının maliyyələşdirdiyi və Avstriyanın “Johannes Kepler” Universitetinin Enerji İnstitutunun rəhbərliyi ilə qalib olduğu layihədə BMU ilk dəfə olaraq HORİZON 2020 proqramında tərəfdaş kimi iştirak edir. Layihənin digər tərəfdaşları (cəmi 28 tərəfdaş) 14 xarici ölkədən (Türkiyə, Avstriya, Almaniya, Belçika, İsveç, Norveç, Fransa, Finlandiya, Yunanıstan, İtaliya, İrlandiya, Cənubi Afrika, Litva və Peru) olan universitet, şirkət, bələdiyyə və ictimai təşkilatlarıdır.

“CAMPAİGNers” layihəsinin məqsədi iqlim dəyişikliyinin insanlarda yaratdığı, onlara təsir edən və insan mərkəzli problemlərin çözülməsinə töhfə verməkdir. Layihə çərçivəsində insanların həyat tərzindəki dəyişiklik üçün əngəllər elmi-tədqiqat üsulları və təhlillər ilə aydınlaşdırılacaq, yeni həyat tərzi nümunələri innovativ həll yolları ilə müəyyən ediləcək və sınaqdan keçiriləcək. Əldə ediləcək nəticələrin cəmiyyətdə yayılması və istifadəsi üçün “CAMPAIGNers” adlı mobil tətbiq (mobile application) hazırlanacaq. Bununla yanaşı, Avropa İttifaqının istifadə etdiyi modelləşdirmə vasitələri ilə həyat tərzindəki dəyişikliklərin parnik effektli qazlarına, regionun enerji və iqtisadiyyatına təsiri də araşdırılacaq. Bu işin görülməsi üçün mobil tətbiq hazırlandıqdan sonra istifadəsi zamanı dünyanın müxtəlif ölkələrindən insanlar prosesə cəlb olunacaq. İnsanlar həmin tətbiqdən istifadə edərək həyat tərzlərini onlara verilən tapşırıqlar əsasında dəyişdirə biləcək. Bu dəyişikliyin nəticələri isə məlumat kimi toplanacaq, həmçinin dünyanın digər ölkələrindəki insanlar üçün motivasiya vasitəsi kimi istifadə olunacaq. Layihə icra olunduğu müddətdə 5 qitənin 16 şəhərindən 15 milyon sakinin bu mobil tətbiqdən istifadəsi digər insanların da iştirakını təşviq edəcək.

 

 

BMU-nun əməkdaşları “CAMPAİGNers” layihəsi çərçivəsində tədqiqatlarda iştirak edib

Digər xəbərlər