BMU-nun mühəndislik, memarlıq və inşaat fakültəsinin tələbələrinin nəzərinə

 

E L A N

Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Polşanın UTP – Elm və Texnologiya Universiteti 2021/2022-ci tədris ilinin birinci semestri üçün (sentyabr 2021 – fevral 2022-ci il) müsabiqə elan edir. Müsabiqədə BMU-nun bakalavr, magistr və doktorant tələbələri iştirak edə bilərlər.

Müsabiqənin ilk mərhələsində Erasmus+ KA1 mübadilə proqramında iştirak etmək üçün aşağıdakı lazımi sənədlər təqdim olunan qeydiyyat linki ilə onlayn göndərilməlidir:

1.     Transkript (ingilis dilində və ümumi ortalama balı 85+ olanlar müraciət edə bilər);

2.     Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);

3.     Motivasiya məktubu (ingilis dilində hazırlanmalıdır);

4.     Tövsiyyə məktubu (ingilis dilində hazırlanmalıdır).

Lazımi sənədləri 3 iyun 2021-ci il tarixinə kimi təqdim olunan qeydiyyat linkinə (https://forms.gle/qWdCdiYpxvGbhPkj9) daxil olaraq yükləməyiniz xahiş olunur.

UTP – Elm və Texnologiya Universiteti tədris olunan dərslər barəsində ətraflı məlumat əldə etmək üçün link: https://iro.utp.edu.pl/courses-in-english/ . Əlavə sual yaranarsa Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (email: nalakbarova@beu.edu.az).

 

 

 

Digər xəbərlər