BMU tələbələri üçün ABŞ-ın Texas Texnologiya Universitetində təhsil imkanı

BMU tələbələri üçün ABŞ-ın Texas Texnologiya Universitetində təhsil imkanı

Bakı Mühəndislik Universiteti (BMU) ABŞ-ın Texas Texnologiya Universiteti ilə inşaat mühəndisliyi ixtisasında ikili diplom proqramı üzrə əməkdaşlığını davam etdirir. Bu əməkdaşlıq çərçivəsində BMU-nun sözügedən ixtisas üzrə iki tələbəsinin magistratura səviyyəsində Texas Texnologiya Universitetində təqaüdlü təhsil almaq imkanı var.

Şərtlərə əsasən, tələbələr qəbul ilinin birinci və ikinci semestri üzrə Texas Texnologiya Universitetində, üçüncü və dördüncü semestri üzrə isə BMU-da təhsil alacaqlar.

Namizədlərin seçimi müəyyən kriretiyalar əsasında aparılacaq. Bu kriteriyalara görə, namizəd BMU-nun tələbəsi olmaqla yanaşı, ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan artıq və beynəlxalq dil sertifikatına malik olmalıdır.

Bundan əlavə, namizədlərə qarşı qoyulan tələblərdə tərcümeyi-hal (CV) və tövsiyə məktubunun təqdim olunması da yer alır.

Əlaqələndirici şəxs: Ələkbərova Nərmin, nalakbarova@beu.edu.az

Digər xəbərlər