Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində almaniyalı professor BMU-da olub

Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində almaniyalı professor BMU-da olub

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin təşkilatçılığı ilə Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Almaniyanın Shmalkalden Tətbiqi Elmlər Universitetinin İqtisadiyyat fakültəsinin professoru Jürgen Gemeinhardt ilə görüş keçirilib.  

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov qonağı universitetdə görməkdən məmnunluğunu bildirib.

Görüşdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Sonra almaniyalı professor Mühasibat uçotu və audit kafedrasında tələbələrlə görüşüb və təmsil etdiyi universitet barədə təqdimatla çıxış edib.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda BMU-nun Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova qonağı universitetin Texnoparkı, Kompüter və İKT laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış edib. 

Digər xəbərlər