Erasmus+ proqramı çərçivəsində məlumatlandırma sessiyası

Erasmus+ proqramı çərçivəsində məlumatlandırma sessiyası

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Avropa Birliyinin 2021-2027-ci illər üçün Erasmus+ proqramı çərçivəsində ali təhsil müəssisələrində potensialın gücləndirilməsi istiqamətləri və maliyyələşdirmə mexanizmləri haqqında məlumatlandırma sessiyasına qatılıblar. Belə ki, BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Nərmin Ələkbərova və BMU Texnoparkının baş mütəxəssisi Arif Nəcimov keçirilən müzakirələrdə iştirak ediblər.

Azərbaycandakı Milli Erasmus+ Ofisinin direktoru Pərviz Bağırov Erasmus+ proqramları, o cümlədən mobillik, Jean Monnet (CBVET, EMJM/EMDM) və yeni elan edilmiş qrant müsabiqələri, layihələrin maliyyələşdirməsi mexanizmləri haqqında ətraflı məlumat verib.

Məruzələrlə davam edən məlumat sessiyasında ali təhsil müəssisələrində potensialın gücləndirilməsi üçün Azərbaycanın milli prioritet istiqamətləri və cari müsabiqədən istifadə yolları haqqında zəruri informasiyalar iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, Erasmus+ proqramlarının ali təhsil müəssisələrinin potensialının gücləndirilməsi və icra olunan Erasmus+ KA2 layihələrin çərçivəsində təhsil proqramlarının keyfiyyətinin artırılmasından, Avropalı tərəfdaşlarla yeni ixtisasların və laboratoriyaların təşkilinin əhəmiyyətindən bəhs olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, həmçinin yeni layihələrin hazırlanması istiqamətində müzakirələr aparılıb.

Azərbaycandakı Milli Erasmus+ Ofisinin təşkilatçılığı ilə baş tutan tədbirə ümumilikdə Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və 30 ali təhsil müəssisəsinin nümayəndəsi qatılıb.

Məlumat üçün bildirək ki, Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ proqramları və yeni qrant müsabiqələri haqqında daha ətraflı informasiyanı aşagıdakı linklər vasitəsilə əldə etmək mümkündür:

https://www.eacea.ec.europa.eu/news-events/events/online-info-session-2-december-capacity-building-higher-education-erasmus_en

https://www.eacea.ec.europa.eu/news-events/events/online-info-session-erasmus-capacity-building-higher-education-cbhe-fostering-access-cooperation_en

https://www.eacea.ec.europa.eu/news-events/events/online-info-session-erasmus-capacity-building-higher-education-cbhe-focus-sub-saharan-africa_en

https://www.eacea.ec.europa.eu/news-events/events/online-info-session-erasmus-capacity-building-higher-education-cbhe-focus-asia-and-pacific_en

 

Erasmus+ proqramı çərçivəsində məlumatlandırma sessiyası

Digər xəbərlər