Ispaniyanın Jaen Universiteti Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində müsabiqə elan edir

        University of Jaén brand | Vice-Rector for Communication and Institutional  Projection       

 

 

E L A N

BMU tələbələrinin nəzərinə,

BMU-nun Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İspaniyanın Jaen Universiteti 2021/2022-ci tədris ili payız semestri üçün (Sentyabr 2021 – Fevral 2022) müsabiqə elan edir. Tələbələr sözügedən universitetdə bir semestrlik təqaüdlə təhsil almaq imkanı əldə edə bilərlər. Müsabiqədə Bakalavr və Magistratura tələbələri iştirak edə bilər.

İlk seçim mərhələsi Erasmus+ KA1 mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri onlayn formada təqdim olunan qeydiyyat linki (https://bit.ly/3a6i0DK) vasitəsilə göndərməlidirlər:

1. Transkript (ümumi ortalama 85+);

2. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);

3. Motivasiya məktubu;

4. Tövsiyyə məktubu;

5. Tərcümeyi-hal (CV).

Qeyd-1: Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.

Qeyd-2: İngilis dilində tədris olunan dərslər təqdim olunan linkdə qeyd olunmuşdur: https://web.ujaen.es/serv/vicint/home/page/17/53 

Tələb olunan sənədləri 30.04.2021-ci il tarixinə, saat 23.59-a kimi təqdim olunan qeydiyyat linkinə (https://bit.ly/3a6i0DK) daxil olaraq yükləməyiniz xahiş olunur.

Əlavə sual yaranarsa Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya e-mail ilə müraciət edə bilərsiniz (email: nalakbarova@beu.edu.az).

Digər xəbərlər