Rumıniyanın Babes-Boyai Universiteti onlayn yay məktəbi təşkil edir

Rumıniyanın Babes-Boyai Universiteti onlayn yay məktəbi təşkil edir

Hörmətli tələbələr,

Rumıniyanın Babes-Boyai Universitetinin Erasmus + Ofisi sizi layihə idarəolunması, yazılması və həyata keçirilməsi ilə bağlı yay məktəbi keçirəcəkdir.

Yay məktəbi 12 – 16 iyul  2021-ci il tarixlərində onlayn formada keçiriləcək və bütün iştirakçılar üçün ödənişsiz olacaqdır. Təlim universitetin mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir.

Yay məktəbində keçiriləcək mövzular:

ü  mükəmməl bir tətbiqetmə dizaynı;

ü  maliyyələşdirmə vahidinin tələblərinə uyğun olaraq hədəf və vəzifələrin qurulması;

ü  layihə üçün büdcənin hesablanması;

ü  layihənin fəaliyyətinin idarə edilməsi;

ü  Erasmus + layihələri haqqında müxtəlif məlumatlar.

Akademik və peşəkar bacarıqlarınızı artırmaq, fərqli millətlərlə bir araya gəlmək, üfüqlərinizi genişləndirmək üçün bu fürsəti qaçırmayın.

Yay məktəbində iştirak üçün göstərilən linkdən qeydiyyatdan keçmək lazımdır: https://forms.office.com/r/1KPRkReqqt

Müraciət üçün son tarix 15.06.2021-ci ildir.

Hansısa sual yaranarsa məsul şəxs Ilona Drancă ilə əlaqə saxlaya bilərsiz: ilona.dranca@ubbcluj.ro

 

 

 

Digər xəbərlər