Türkiyənin Akdeniz Universitetinin nümayəndəsi BMU-da səfərdədir

Türkiyənin Akdeniz Universitetinin nümayəndəsi BMU-da səfərdədir

“Erasmus+KA1” mübadilə proqramı çərçivəsində Türkiyənin Akdeniz Universitetinin nümayəndəsi Gürcü Leyla Kaya Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir.

Universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə baş tutan səfərdə qonaqla bır sıra görüşlər keçirilib.

BMU-nun rektoru, professor Havar Məmmədovla keçirilən görüşdə universitetlər arasında əməkdaşlıq və əlaqələrin qurulmasının mümkün yolları müzakirə edilib.

Sonra BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun əməkdaşları, Logistika və nəqliyyat texnologiyaları kafedrası ilə görüşlər təşkil olunub. Görüşlərdə BMU-da yaradılan təhsil mühiti və təhsil proqramları haqqında ətraflı məlumat verilib.

Bir həftəlik təlim xarakterli səfər çərçivəsində Gürcü Leyla Kaya BMU-nun tədris binaları, Texnoparkı ilə də yaxından tanış olub.

 

 

Qalareya şəkilini seçin

Türkiyənin Akdeniz Universitetinin nümayəndəsi BMU-da səfərdədir

Digər xəbərlər