Vişeqrad təqaüd proqramı

BMU-nun müəllim və tələbələrinin nəzərinə:

Çexiya Respublikasının Bakıdakı səfirliyi Çex Respublikası, Macarıstan, Polşa və Slovakiyadan ibarət olan Vişegrad qrupu adından Azərbaycan Respublikasından olan alim və tədqiqatçılar üçün Magistr və Magistr təhsilindən sonrakı pilləsi üçün təqaüd proqramı üçün müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək üçün müraciətin son tarixi 15.03.2020-ci il saat 15.00-dur. Ətraflı məlumatı aşağıda qeyd olunan linkdən əldə etmək mümkündür:
https://www.visegradfund.org/apply/mobilities/visegrad-scholarship/?c=about

Əlavə qeyd edək ki, Vişegrad qrupuna daxil olan Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya ölkələrinin təhsili haqqında daha ətraflı məlumat almaq üçün aşağıda qeyd olunan Bakıdakı səfirliklərin əməkdaşlarına yazılı e-mail ilə müraciət edə bilərsiniz:

1) Çex Respublikası: cənab Daniel Putik (daniel_putik@mzv.cz)
2) Macarıstan: cənab Mihaly Gruber (mihaly.gruber@mfa.gov.hu)
3) Polşa: cənab Artur Tarasewicz (artur.tarasewicz@msz.gov.pl)
4) Slovakiya: cənab Michal Tesliar (Michal.Tesliar@mzv.sk)

Digər xəbərlər