Baxılıb: 2408 dəfə
02 Mar 2020 09:56 | Baxılıb: 17
BMU tələbəsi Amerikaya, Silikon Vadisinə səfər edib

20 fevral 2020-ci il tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib. Azərbaycan İnnovasiyalar Evi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb.  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində proqram meneceri vəzifəsində çalışan Bakı Mühəndislik Universitetinin tələbəsi Tariyel Ağazadə bu tədbirin təşkilatçılarındandır.  Stanford Universitetində baş tutan tədbirdə Silikon Vadisi və yaxın ərazidə yaşayan, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 100-ə yaxın azərbaycanlı iştirak edib. Tədbir çərçivəsində bir müddət öncə xaricdə yaşayan həmyerlilərimizin təşəbbüsü  və ˝INNOLAND˝ın dəstəyi ilə yaradılan ˝Tech Diaspora˝nın birinci ətraflı oxu »

02 Mar 2020 07:12 | Baxılıb: 26
BMU-nun daha bir məzunu ABŞ-ın nüfuzlu şirkətində çalışır

   Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə (ingilis dili) ixtisası üzrə 2018/2019-cu tədris ilinin bakalavr məzunu Kamil Məmmədzadə ABŞ-ın nüfuzlu  “SIRVA Relocation & Moving” şirkətindən iş təklifi alıb. Dünyada bazar payına görə lider olan bu şirkətdə K.Məmmədzadə Maliyyə analitiki olaraq işə başlayıb.   K.Məmmədzadə eyni zamanda, Avropanın nüfuzlu universitetlərindən biri olan Praqa İqtisad Universitetində magistratura təhsili alır. Məzunumuz təhsil və iş həyatı ilə bərabər, şəhərin azərbaycanlı icmasının ictimai fəaliyyətində də aktiv iştirak edir.   Qeyd edək ki, K.Məmmədzadə 680 balla BMU-nun Maliyyə ixtisasına daxil olub  və Prezident təqaüdünə layiq görülüb.   Onu da xatırladaq ki, BMU-nun Maliyyə ixtisası üzrə daha bir məzunu Yusif Aşırov ABŞ-da və dünyada tibbi avadanlıqlar, həmçinin əcz ətraflı oxu »

27 Feb 2020 12:27 | Baxılıb: 34
BMU və ATDU arasında əməkdaşlıq

    Bakı Mühəndəslik Universiteti Beynəlxalq Əlaqələr üzrə prorektoru dos. Manafəddin Namazov Gürcüstanın Akaki Tseretelli Dövlət Universitetinin prorektoru cənab George Gavtadze ilə görüş keçirmişdir. Görüşdə iki universitet arasında gələcəkdə görüləcək işlər, qış-yay məktəbinin təşkili barəsində müzakirələr aparılmışdır. Əməkdaşlığın ilk addımı olaraq iki universitet arasında Anlaşma Memorandumu imzalanmışdır.     Cənab George Gavtadze görüşdən məmnun qaldığını və əməkdaşlığın uzunmüddətli – məhsuldar olacağını bildirdi.       ətraflı oxu »

20 Feb 2020 11:11 | Baxılıb: 40
“AZƏRBAYCAN BEYNƏLXALQ TƏHSİL MENECERLƏRİ ASSOSİASİYASI”NIN TƏSİS YIĞINCAĞI KEÇİRİLİB

14 fevral 2020-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası”nın təsis yığıncağı təşkil olunub. Tədbirə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr və bu sahəni kurasiya edən digər şöbələrinin əməkdaşları, ABŞ-ın Bakıdakı Səfirliyinin, Avropa İttifaqının Azərbaycanda Milli Erasmus+ Ofisinin direktoru, Erasmus Tələbə Şəbəkəsi Azərbaycan nümayəndəliyinin rəhbəri və 60-a yaxın qonaq qatılıb. Tədbirin açılışında qonaqlara ADMİU haqqında çəkilmiş qısa videoçarx təqdim edilib, ADMİU-nun Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Sara Timurova universitet və onun haqqında ətraflı məlumat verib. Onun çıxışının ardınca universitetin digər əməkdaşı Elşən Rəfiyev ilk gündən bu Assosiasiyanın təşkil olunması üçün ətraflı oxu »

18 Feb 2020 05:11 | Baxılıb: 25
"Gənclərin rəqəmsal texnologiyalardan səmərəli istifadəsi yolları" adlı layihənin ilk maarifləndirici seminarı BMU-da keçirilmişdir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının, İnnovasiya mərkəzinin və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilati dəstəyi ilə "Gənclərin rəqəmsal texnologiyalardan səmərəli istifadəsi yolları" adlı layihənin ilk maarifləndirici seminarı 17.02.2020-ci il tarixində BMU-da 25 nəfər gəncin iştirakı ilə keçirilmişdir. Seminarı giriş sözü ilə açıq elan edən layihənin rəhbəri və BMU-nun Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Tural Süleymanov layihə haqqında ətraflı məlumat vermişdir. T.Süleymanov layihə çərçivəsində üç fərqli ali təhsil müəssisəsində (BMU, AzTU və SDU) təşkil olunmacaq “Digital Twin” texnologiyaları və “Digital Twin” texnologiyasının Matlab proqram təminatından səmərəli istifadəsinə dair nəzəri və praktiki m ətraflı oxu »

Axtar


Kateqoriyalar


Sıralama


İllər