Əcnəbi tələbələr Azərbaycan dilində danışdılar: “Xocalıda ölən insanların şəkilləri adamı dəhşətə gətirir

Əcnəbi tələbələr Azərbaycan dilində danışdılar: “Xocalıda ölən insanların şəkilləri adamı dəhşətə gətirir
02 Mar 2018 08:17 | Baxılıb: 90

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda “Novruz mühazirəsi” keçirilib.

   Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak edib. Seminara həmçinin, ali məktəblərdə təhsil alan ABŞ, Türkiyə, Rusiya, İran, Çexiya, Çin və digər ölkələr olmaqla ümumilikdə 30 nəfər əcnəbi tələbə qatılıb.


   Müxtəlif ölkələrdən olan əcnəbi tələbələr bölgəyə səfərdə çox həvəsli görünürdülər. Maraqlıdır ki, Azərbaycanı oxumaq üçün seçən əcnəbi gənclər öz aralarında Azərbaycan dilində də danışırdılar. Onlara Azərbaycanın bütün bölgələri maraqlı gəldiyindən səfər zamanı hər şeylə yaxından maraqlanırdılar.

   27 Fevral tarixində Şamaxıya səfər zamanı  1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə baş çəkməklə əcnəbi tələbələr Azərbaycan xalqının başına gətirilənlərlə daha yaxından tanış olublar. Tarix elmləri doktoru, professor Anar İsgəndərovun 1918-ci ilin mart hadisələri zamanı sonuncu gün məsciddə ermənilərin yanğın törətməsi nəticəsində təqribən 1700-dən artıq günahsız insanın həlak olması məscidin isə top atəşinə tutularaq yandırılması barədə danışdıqlarına əcnəbi tələbələr diqqətlə qulaq asırdılar.

   "Məscidin axundu Molla Cəfərqulu 80 yaşında idi. İslam dinində ən müqədds yer məsciddir. Hətta insanın ən böyük cinayəti olanda belə məscidə daxil olubsa, ona dəymək olmaz. Yaşlı, qoca adamlara elə gəlirdi ki, məscidin həyətinə daxil olsalar onlara dəyməyəcəklər. Təəssüflər olsun ki, 100 illər boyu Şamaxıda Azərbaycanın çörəyini yeyən ermənilər bu xalqa rəhm etmədilər. Daşnak Lalayevin əmri ilə erməni gəncləri məscidin içinə daxil oldular. Ən dəhşətlisi budur ki, mollanın saqqalını, dişini və gözünü çıxarmağa görə erməni gəncləri arasında mübahisə başlayıb ".

   Tarix tarixdir. Onu unutmaq olmaz. Şamaxı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə erməni hərbi dəstəsinin rəhbəri Lalayanın (Lalayev) dinc əhaliyə hücumu, onları vəhşicəsinə qətlə yetirməsi barədə məlumat verilib. 

   Lalayanın yaşamaq üçün seçdiyi yer təsadüfi deyildi. Ən hündür yerdən Şamaxı qəzası, insanların ermənilərdən qaçaraq gizlənildiyi Cümə məscidi rahatlıqla görsənirdi. Bildirilib ki, həmin evdən atılan top atəşləri ilə Cümə məscidi yandırılıb.

   

 

Səfərə Bakı Mühəndislik Universitetindən Myanmarlı Nay Lin TUn və Çinli You Xin qatılıblar.

 

Bakı Mühəndislik Universitetinin Myanmarlı tələbəsi Nay Lin Tun faciənin nə olduğunu anlatmağa çalışıb:


   “Mən uzaq Myanma torpağından Azərbaycana gəlmişəm. 6 ay ərzində Azərbaycan dilini öyrəndim. İndi hər bir azərbaycanlı ilə öz dilində danışa bilirəm. Azərbaycanlıların erməni vəhşiliyindən əziyyət çəkdiyini bilirəm. Xocalı faciəsi ilə yaxından tanış olduqca, bu soyqrımının mənə yad olmadığını hiss edirəm. Çünki Myanmadakı həmvətənlərim də soyqırımı siyasətinin qurbanına çevriliblər. İndi Myanmada sakitlikdir. Amma insanların kütləvi şəkildə qətl edilməsi yaddaşlardan silinməyəcək”.

 

   Çinli You Xinin Xocalı haqqında təəssüratları isə belədir: I had a trip to shamaxi which was organized by the Ministry of Education with a purpose of sharing the morose history of Azerbaijan to the foreign students. It was enjoyable untill you get the city "Shamaxi" to pray for those who returned to god in the genocide. You can see the mourning faces of those students in that foggy misty weather while red flowers representing the blood of those people who lost on this ground. After that, we got to the Juma Mosque, which was destoryed once by the another nation, had rebuilt again. Then, we rode to the art museum. All I expected was to see some portraits, landscape and stuffs but what we see is the frustratable memory of terror which were painted on papers. Crying children, running citizens and all paints were the expression of the Xocali genocide. Then, we listened to the explict speeches about Xocali day.Later on, we had lunch and tea party. After that, we head back to the city. As the bus moved very carefully, the people were asleep after a long tiring day. After all, those people who lost - stay in our heart now and forever..


BMU-nun Xarici dil kafedrasının müəllimi, dosent Kənan Bə...

ERASMUS + KA1 Mübadilə Proqramı çərçivəsində Avropa və Türkiyənin müxtəlif universite ətraflı oxu »

Hacəttəpə professorlarının ezamiyyət müddətində BMU-da fə...

13 – 26 May tarixləri arasında Eramus+ KA107 proqramı daxilində Bakı Mü ətraflı oxu »

BMU-nun tələbəsi UGRAD proqramının 3 qalibindən biri oldu...

Əsası 1992-ci ildə ABŞ Konqresi tərəfindən qoyulan Qlobal Tələbə Mübadilə Proqramı (UGRAD) Amerika Birləşmiş ətraflı oxu »

BMU müəllimi Almaniyanın Koblenz Universitetində...

Bakı Mühəndislik Universiteti Erasmus + Mübadilə proqramı çərçivəsində Slo ətraflı oxu »