Əməkdaşımız yeni layihələrin müzakirəsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə İstanbul şəhərində səfərdə olmuşdur

Əməkdaşımız yeni layihələrin müzakirəsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə İstanbul şəhərində səfərdə olmuşdur
02 Jul 2018 21:32 | Baxılıb: 53

  Türkiyənin İstanbul şəhərində Esenlər Bələdiyyəsi tərəfindən 11-14 iyun 2018-ci il tarixində yeni layihələrin müzakirəsi və əməkdaşlığın inkişaf etdirilməsi tədbiri təşkil olunmuşdur. Bu tədbirdə BMU-nin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı, Arif Nəcimov da iştirak etmişdir. Qeyd edək ki, bu tədbir keçən il "Beynəlxalq şəhər və vətəndaş cəmiyyəti təşkilatlarının sammiti"nin əsasında Esenlər Bələdiyyəsi və Yıldız Texniki Universiteti tərəfindən təşkil olunmuşdur.

 

Tədbirdə Türkiyədən və xarici ölkələrdən qatılan universitet, elmi-tədqiqat mərkəzlərin, ictimai və dövlət təşkilatların, həmçinin təhsil sahəsində çalışan özəl şirkət nümayəndələri iştirak edirdi. Tədbirin əsas məqsədi qeyd olunan qurumlar arasında ortaq beynəlxalq layihələrin hazırlanması və cəmiyyətin davamlı inkişafına yönəldilmiş maarifləndirici tədbirlərin təşkili idi.

 

Tədbir iki gün (12-13 iyun 2018) çox məhsuldar müzakirələr və əməkdaşlıqların qurulması ilə yekunlaşdı. Tədbirdən sonra əməkdaşımız Yıldız Texniki Universitetinin Beynəlxalq əlaqələr və layihələrin idarə olunması departamentində qonaq olmuş, 20 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universiteti ilə imzalanmış Əməkdaşlıq sazişi çərçivəsində ortaq fəaliyyətin istiqamətlərini, yeni Avropa Birliyinin Erasmus+ KA2 və HORİZON 2020 proqramına və müxtəlif fondlara birlikdə layihələr hazırlayıb təqdim etməyin imkanlarını müzakirə etmişdilər. Görüşün sonunda bir xatirə şəkili çəkdirilmişdir.

 

Bunlarla yanaşı onu da əlavə edək ki, əməkdaşımız keçən il Avropa Birliyinin HORİZON 2020 proqramının Kiçik və Orta Sahibkarlığın (SME) inkişafı üzrə Milli Əlaqələndirici Şəxsi (NCP) kimi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən seçilmişdir. AMEA, ölkəmizdə Avropa Birliyinin HORİZON 2020 proqramı üzrə Milli əlaqələndirici dövlət təşkilatıdır.

 

2017-2018-ci tədris ilində əməkdaşımızın təşkilatçılığı və dəstəyi ilə BMU-nin beynəlxalq proqramlarda aktiv iştirak etməsi məqsədi ilə iki HORİZON 2020 və on bir Erasmus+ KA2 layihəsinə tərəfdaş kimi və bir Erasmus+ KA2 layihəsinə rəhbər kimi müraciət edilməsində aktiv iştirak etmiş və yeni layihələrin hazırlanması istiqamətində tərəfdaşlarla danışıqlar aparmaqdadır.

 

 


BMU xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb...

Bakı Mühəndislik Universitetinin Beynəlxalq Əlaqələr prorektorluğu xarici ölkə universitetləri ilə ikitə ətraflı oxu »

BMU-nun əməkdaşları Hacəttəpə Universitetində ezamiyyətdə...

09.07-13.07.2018 tarixlərində Bakı Mühəndislik Universitetində "Mühəndislik" fakültəsin ətraflı oxu »

Hacəttəpə Universitetinin müəllimi Erasmsu+ KA1 mübadilə ...

Avropa Birliyinin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində 23-27 iyun tarixlərində Hacəttəpə ətraflı oxu »

Porto Universitetinin nümayəndələri BMU-da...

Portuqaliyanın Porto Universitetində Biomedical institunun 2 əməkdaşı Erasmus + Mübadilə proqramı çər ətraflı oxu »