“ENACTUS BEU” komandasına üzv olmaq istəyən tələbələrin nəzərinə

“ENACTUS BEU” komandasına üzv olmaq istəyən tələbələrin nəzərinə
16 Sep 2019 12:09 | Baxılıb: 30

E L A N

Hörmətli BMU-nun tələbə və müəllimləri !

İlk növbədə onu bildirək ki, cari ilin avqust ayında universitetimizin Xarici Əlaqələr və Layihələrin İdarə olunması şöbəsinin, TEXNOPARK-ın və İnnovasiya Mərkəzinin əməkdaşlarının təşkilatçılığı ilə “ENACTUS BEU” təşəbbüs qrupu təşkil olunub. Artıq BMU-nun da tələbə və müəllimləri bu təşəbbüs qrupu vasitəsilə formalaşacaq “ENACTUS BEU” komandasına üzv ola bilərlər.

Bəs “ENACTUS” nədir ?“ENACTUS BEU” komandası nə işlə məşğul olacaq ?

ENACTUS, sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderləri bir araya gətirən beynəlxalq təşkilatdır. O, ilk dəfə 1975-ci ildə ABŞ-da Robert Davis tərəfindən SIFE (Student in Free Enterprise) adı ilə təsis olunmuş və bu gün 37 ölkədə rebrendiqdən sonra ENACTUS adı ilə fəaliyyət göstərir. Daha ətraflı məlumatı bu linkdən (https://enactus.org) əldə etmək olar.

ENACTUS təşkilatı, ölkəmizdə də ENACTUS Azərbaycan nümayəndəliyi kimi təsis olunub və fəaliyyət göstərir. Hal-hazırda onun nəzdində müxtəlif universitetlərdə təsis olunmuş 14 “ENACTUS komanda” mövcuddur. 2019-cu ilin avqustundan BMU-da da “ENACTUS BEU” komandası formalaşmağa başlayıb ki, bu da ENACTUS Azərbaycan təşkilatına tərəfdaş kimi üzv olduqdan sonra 15-ci ENACTUS komandası sayılacaqdır. Bu məsələ ilə əlaqədar ENACTUS Azərbaycan təşkilatının rəhbərliyi ilə danışıqlar aparılmış və müsbət razılıq alınmışdır. Bu səbəbdən “ENACTUS BEU” komandasına maraq göstərən bütün BMU-nun sosial fəal bakalavr və magistr tələbələri, həmçinin komandaya akademik və ya biznes məsləhətçi olmaq istəyən müəllimləri / şirkət rəhbər və əməkdaşları, öz CV və motivasiya (niyyət) məktubunu enactus@beu.edu.az e-mailinə göndərə bilərlər. Sənədlər 20 sentyabra kimi qəbul olunacaqdır.

“ENACTUS BEU” komandasına üzv olmaq üçün tələb olunan sənədlərlə müraciət edənlərin 1-ci mərhələ seçimi sentyabr ayının 24-də yekunlaşacaq və bundan sonra BMU-da görüş - toplantı təşkil olunacaqdır. Toplantıda “ENACTUS BEU” komandasının kapitan seçkisi üçün namizədə qoyulan tələblər, işçi kollektivinin və təşkilati-idarəetmə strukturun tərkibi və qəbul şərtləri, həmçinin hazırlanacaq iqtisadi, sosial və ekoloji profilli layihələr və onların maliyyələşdirilməsi yolları da müzakirə olunacaqdır. Bunlarla yanaşı “ENACTUS BEU” komandası, seçilmişfakültə məsləhətçiləri və biznes mütəxəssislərin/mentorların rəhbərliyi ilə komandanın üzvü olan tələbələrin iştirakı ilə insanların həyat keyfiyyətini və yaşam standartlarını inkişaf etdirməyə imkan verən birgə layihələri hazırlamaq və icra etmək üçün universitetdə komanda formasında fəaliyyət göstərəcəklər. Komandalar il ərzində hazırlayıb icra etdikləri müxtəlif layihələri hər ilin may ayında milli çempionatda, sonra isə 1-ci yerin qalibi olan hər hansı bir ENACTUS komandası ölkəmizi beynəlxalq çempionatda təmsil edəcəkdir. Dünya çempionatına vəsiqə qazanmış qalib komandanın və bir neçə akademik məsləhətçinin bütün səfər və ezamiyyət xərcləri ENACTUS Azərbaycan təşkilatı tərəfindən qarşılanacaqdır. Onu da bildirək ki, “ENACTUS BEU” komandası BMU-da mövcud olan hər hansı bir tələbə klubu kimi fəaliyyət göstərməyəcək və hər hansı bir dərsdən / fənndən bal qazandırmağa yönəli olmayacaqdır. Bu bir təşkilat kimi fəaliyyət göstərib, icra etdiyi layihələrdən hətta müəyyən gəlir-qazac əldə edə biləcək.

Bir sözlə ölkəmizə faydalı layihələri akademik və biznes məsləhətçilərin / mentorların dəstəyi ilə hazırlayıb icra etməkdə maraqlı olan hər bir BMU-nun sosial aktiv tələbəsi “ENACTUS BEU” komandasına dəvətlidir. 


BMU-da 21 xarici ölkədən tələbə təhsil alır...

Bakı Mühəndislik Universitetində (BMU) 21 xarici ölkədən olan tələbələr bakalavr və magist ətraflı oxu »

BMU-da Erasmus Bakı Ofisinin nümayəndələri ilə müzakirələ...

Bakı Mühəndislik Universiteti (BMU) Avropa Birliyinin Erasmus+ Bakı ofisinin nümayəndələr ətraflı oxu »

“Endress+Hauser İnstruments İnternational AG” şirkəti ilə...

Bakı Mühəndislik Universitetində (BMU) “Endress+Hauser İnstruments İnternational AG&rdquo ətraflı oxu »

BMU-da “Huawei-Azərbaycan” şirkətinin “Seeds for the Futu...

Sentyabrın 27-də Bakı Mühəndislik Universitetində (BMU) Beynəlxalq əlaqələr üzrə prorektorluğu Xarici əlaqələr ətraflı oxu »