“Təşəbbüskarlıq seminarı”nın keçirilməsinə start verilir

“Təşəbbüskarlıq seminarı”nın keçirilməsinə start verilir
16 Sep 2019 14:03 | Baxılıb: 77

    Bildirmək istəyirik ki, yeni dərs ilindən başlayaraq BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun, İnnovasiya mərkəzinin və Texnoparkın təşkilatçılığı ilə universitetimizdə həm milli, həm də beynəlxalq şirkət rəhbərlərin və ekspertlərin iştirakı ilə “Təşəbbüskarlıq seminarı”nın keçirilməsinə start veririk.

    Belə ki, ilk tədbirimiz “SS & Sons Engineering” adlı StartUp-ın "Avtomobillərin yan güzgülərin avtomatik Test Cihazı"nın Pakistan İslam Respublikasının İqra Universitetinin məzunları Syed Abutalib Naqvi və Muhammad Shahmir ur Rahim iştirakı ilə təşkil olunacaqdır.

   Tədbir 17 sentyabr  2019-cu il tarixində saat 11:00-də Bakı Mühəndislik Universitetinin əsas binasının AKT zalında keçiriləcəkdir.

   Tədbirə BMU-nun rəhbər şəxsləri, professor-müəllim heyəti, bütün struktur-bölmə rəhbərləri və tələbələri dəvət olunur.

   Sonda onu da qeyd etmək istəyirik ki, əgər Sizin də “Təşəbbüskarlıq seminarı”nın təşkilində hər hansı bir təklifiniz və ya çıxışınızın olmasını istəyirsinizsə, onda göstərilən e-mail adresinə (info@technopark.az ) müraciət edə bilərsiniz.


BMU-da 21 xarici ölkədən tələbə təhsil alır...

Bakı Mühəndislik Universitetində (BMU) 21 xarici ölkədən olan tələbələr bakalavr və magist ətraflı oxu »

BMU-da Erasmus Bakı Ofisinin nümayəndələri ilə müzakirələ...

Bakı Mühəndislik Universiteti (BMU) Avropa Birliyinin Erasmus+ Bakı ofisinin nümayəndələr ətraflı oxu »

“Endress+Hauser İnstruments İnternational AG” şirkəti ilə...

Bakı Mühəndislik Universitetində (BMU) “Endress+Hauser İnstruments İnternational AG&rdquo ətraflı oxu »

BMU-da “Huawei-Azərbaycan” şirkətinin “Seeds for the Futu...

Sentyabrın 27-də Bakı Mühəndislik Universitetində (BMU) Beynəlxalq əlaqələr üzrə prorektorluğu Xarici əlaqələr ətraflı oxu »