PROMIG layihəsi çərçivəsində Tbilisidə konsorsium görüşü

PROMIG layihəsi çərçivəsində Tbilisidə konsorsium görüşü
09 Nov 2017 10:55 | Baxılıb: 234

   25-26 Oktyabr tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən Tbilisi Dövlət Universitetində PROMIG layihəsinin növbəti konsorsium görüşləri keçirilmişdir.

   Ali təhsil müəssisələrində miqrasiya sahəsində elmi fəaliyyətlərin inkişafını hədəfləyən layihədə, Almaniyadan Oldenburq Universiteti, Avstriyadan Qraz Universiteti, İspaniyadan Alikante Universiteti, Əfqanıstandan Kabul Universiteti və Tabeş Universiteti, Gürcüstandan GIPA və Tbilisi Dövlət Universiteti ilə yanaşı Azərbaycandan Bakı Mühəndislik Universiteti iştirak etmişdir. Layihənin bu dəfəki görüşlərində Bakı Mühəndislik Universitetini, İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı Dr. Yaşar Ehtibarlı və Beynəlxalq münasibətlər kafedrasının müəllimi Anar İskəndərov təmsil etmişlər. İki gün davam edən müzakirələrdə, layihə tərəfdaşlarının plan üzrə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsinə dair hesabatları dinlənilmiş və qarşıda duran məsələlər barədə fəaliiyət planı qərarlaşdırılmışdır. Xatırladaq ki, layihə çərçivəsində, xüsusilə Avropalı mütəxəssislərin Bakı Mühəndislik Universitetində qısa müddətli təlim proqramları və mühazirələri nəzərdə tutulur ki, bu tələbələrimizin və mütəxəssislərimizin elmi potensialının artırılmasına xidmət edən faktordur.

Qeyd edək ki, layihə ilə bağlı bütün xərclər Avropa İttifaqının Erasmus+ proqramı tərəfindən qarşılanır.

 

 

 


Hacəttəpə Universitetinin professorları Bakı Mühəndislik ...

13 May tarixində Hacəttəpə Universitetinin Türk dili və Ədəbiyyatı bölməsinin 2 müəllimi - Prof.Dr. ətraflı oxu »

Sakarya Universiteti Mövlanə Mübadilə Proqramının nəticəl...

2018-2019 Mövlanə Mübadilə Proqramına müraciət nəticələri açıqlanıb. Qeyd edək ki,&nbs ətraflı oxu »

BMU-nun müəllimi Akademik Heyətin Mübadilə Proqramında iş...

Bakı Mühəndislik Universiteti ERASMUS + KA1 Mübadilə Proqramı çərçivəsində Avropa və T&uum ətraflı oxu »

BMU-nun müəllimi DAAD proqramı vasitəsilə Almaniyada təqa...

Bakı Mühəndislik Universitetinin Sənayənin Təşkili və İdarə Olunması bölməsinin baş müəllimi ətraflı oxu »