Beynəlxalq Əlaqələr üzrə prorektorluğun son 1 il ərzindəki fəaliyyətləri

Beynəlxalq Əlaqələr üzrə prorektorluğun son 1 il ərzindəki fəaliyyətləri
Aytac Ağayeva | 06 Mar 2018 11:21 | Baxılıb: 318

Bakı Mühəndislik Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektorluğu  bir çox ölkələrin nüfuzlu universitetləri ilə öz əlaqələrini  genişləndirməkdə,yeni proqram və layihələrə imza atmaqda davam edir. Qurulduğu gündən bu zamana qədər  müxtəlif mübadilə proqramları vasitəsilə bir çox yerli tələbələrin xaricdə,eləcə də xarici  tələbələrin  universitetimizdə  təhsil almasına imkanı yaratmışdır.Təşkil olunan mübadilə proqramları təhsil siyasətinin əsas məqsədi kimi iştirakçılara özlərini inkişaf etdirmək şansı verməklə yanaşı, onlara beynəlxalq təcrübələr qazandırır.

Hal-hazırda Bakı Mühəndislik Universiteti Erasmus+KA1 mübadilə proqramı çərçivəsində Almaniya, İtaliya, Portuqaliya, Sloveniya, Rumıniya, Latviya, Türkiyə, Çexiyadan olmaqla 11 Universitet ilə əməkdaşlıq edir. Bunlardan əlavə Universitet, yeni Erasmus+ KA1 layihələrində iştirak üçün yanvar ayı ərzində  İngiltərə, Almaniya, Portuqaliya, Macarıstan, Polşa, Bolqarıstan və Latviyadan olmaqla daha 7 Avropa universiteti ilə əməkdaşlıq müqaviləsi bağlamışdır.

Həmçinin, Bakı Mühəndislik Universiteti Mövlana mübadilə proqramı çərçivəsində 4 universitetlə əməkdaşlıq edir. Proqramın məqsədi, Türkiyə və digər ölkə universitetlərinin müəllim-tələbə heyətinin, universitetlərarası mübadiləsini təmin etmək və bununla da elmi-tədqiqat fəaliyyətlərinin  və təcrübələrinin bölüşdürülməsini dəstəkləmək, mədəniyyətlərarası dialoqun artmasında və gücləndirilməsində rol almaqdır. 

Bir il ərzində BMU Xarici Əlaqələr və Layihələrin İdarə Olunması şöbəsinin fəaliyyəti nəticəsində 26 bakalavr və magistr tələbəsi  Avropa və Türkiyənin nüfuzlu universitetləri ilə mübadilə proqramlarında iştirak etmişdir.

 Hal-hazırda Bakı Mühəndislik Universitetində  18 ölkədən  125  tələbə təhsil alır. Bu ölkələr, Rusiya, Çad, Çin, Gürcüstan, İran, İraq, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Tacikistan, Misir, Mozambik, Moldova, İndoneziya, Peru, Myanma respublikalarıdır.

Bununla yanaşı universitetin Xarici Əlaqələr və Layihələrin İdarə Olunması şöbəsi şirkətlərlə görüşərək aktiv tələbələrə bu şirkətlərdə təcrübə keçmələri və işlə təmin olunmaları üçün şərait yaratmışdır. Həmçinin universitetimiz bir çox beynəlxalq tədbir və təlimlərdə iştirak etmiş,əməkdaşlıq etdiyimiz universitetlərin nümayənlərini qəbul etmişdir. Belə layihələr daxilində xarici ölkələrdən ölkəmizə gələn nümayəndələr universitet haqqında məlumatlandırılır. Məsələn,2017ci ildə Peru-Azərbaycan əlaqələri adlı tədbir keçirilən tədbirdə Perunun ölkəmizdəki səfiri  Luis Chang Boldriniyə tələbələrin sosial fəallığı,buradakı fərqli mühit haqqında ətraflı məlumat verilmiş, eləcə də universitetimizdə təhsil alan Perulu tələbələr öz mədəniyyətlərini nümayiş etdirmişlər.

 Həmçinin əcnəbi tələbələrə ölkəmizi, mədəni-tarixi abidələrimizi, xalqımızın qədim adət ənənələrini və regionlarını tanıtmaq məqsədi ilə univeristetdə qurulmuş Multukulturaizm klubu fəaliyyət gösətrir. Prorektorluğumuzun təşkilatçılığı və dəstəyi ilə ötən tədris semestrində klubun üzvləri Bakı şəhərində yerləşən müxtəlif tarixi abidələrə səyahətetmiş və milli mədəni irsimizlə yaxından tanış olmuşdurlar.

Universitet British Council ilə imzaladığı əməkdaşlıq müqaviləsi çərçivəsində “Famelab” – “Şöhrət Laboratoriyası” tədbirinin Azərbaycan üzrə təşkilatçısıdır və 2017 ci ildə tədbirin bütün təşkilatçılıq işlərini öz üzərinə götürmüş və həyata keçirmişdir.

Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq təhsil sərgisi”ndə fəal iştirak etmiş və “Yaradıcı təqdimat”a görə sertifikat almışdır.

Bundan başqa Böyük Britaniya,Yaponiya,Polşa kimi yüksək inkişaf etmiş ölkələrin şirkət və  nümayəndələri ilə keçirilmiş əhəmiyyətli görüşlər universitetimizin xarici əlaqələrinin yüksək səviyyədə olduğunu və verilən təhsilin son dərəcə inkişaf etdiyini göstərir.

Atılan bu kimi uğurlu addımlar universitetimizi beynəlxalq arenada layiqincə təmsil edir.

 

 


BMU-da "İtaliyada ödənişsiz təhsil" ilə əlaqəda...

Universitetimizdə "WORLD LANGUAGE CENTER"in birgə təşkilatçılığı ilə daha bir "xaricdə təhsil" seminarı keç ətraflı oxu »

İstanbul Kültür Universitetinin əməkdaşları Bakı Mühəndis...

28.11.2018-ci il tarixində İstanbul Kültür Universitetinin, "Avropa və Beynəlxalq əlaqələr" şöbəsinin m&u ətraflı oxu »

"British Council" BMU ilə birgə layihələr həyat...

"British Council"ın Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia və nümayəndəliyin əməkdaşları Bakı M& ətraflı oxu »

BMU-nin tələbəsi “Seeds for the Future” proqramına seçilə...

Bakı Mühəndislik Universitetinin "İnformasiya Texnologiyaları" ixtisası üzrə təhsil alan 3-cü kurs tələbə ətraflı oxu »