BMU-nun müəllimi “Akademik heyətin Mübadilə Proqramında” İtaliyanın Sapienza Universitetində

BMU-nun müəllimi “Akademik heyətin Mübadilə Proqramında” İtaliyanın Sapienza Universitetində
Aytac Ağayeva | 18 Apr 2018 23:07 | Baxılıb: 399

 Bakı Mühəndislik Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Yasər Əhmədov 18.03.2018 – 31.03.2018 tarixləri arasında “Erasmus K1” proqramı çərçivəsində İtaliyanın Sapienza Universitetinə 14 günlük ezam olunaraq “akademik heyətin mübadilə proqramında” iştirak edib.Qeyd edək ki, Bakı Mühəndislik Universiteti  İtaliyanın Sapienze universiteti ilə Erasmus+KA1 mübadilə proqramı çərçivəsində  əməkdaşlıq edir və artıq universitetimizin bir neçə tələbəsi bu mübadilə proqramından yararlanmışdır.

Əməkdaşımız universitetin İqtisadiyyat fakültəsinin bakalavr və magistr tələbələrinə “Türkiyənin Cənubi Qafqaz siyasətində ABŞ-ın rolu” və “Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi” başlıqlı mövzular haqqında silsilə seminarlar vermiş, seminar müddətində tələbə, professor və müəllim heyəti ilə Cənubi Qafqaz regionunda qlobal güc mücadiləsi, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.

 

Öz dəyərli təcrübəsini bizimlə bölüşən Yasər müəllim:

 

"Bu müddət ərzində universitetin tədris metodikası, interaktiv dərslərin təşkili barədə, Sapienza universiteti timsalında İtaliya təcrübəsini öyrənməyə çalışdım. Faydalandığım bir digər məsələ isə, ezamiyyətdə olduğum İqtisadiyyat fakültəsində bir neçə akademik heyət ilə görüşdüm, müəyyən elmi müzakirələr apararaq onların elmi-pedoqoji təcrübələrindən yararlanmağa çalışdım. Düşünürəm ki, 14 gün ərzində, tərəfimdən yerinə yetirilən fəaliyyətlər, özümün və təmsil etdiyim universitetin təcrübəsinin zənginləşməsi baxımından mühüm əhəmiyyətə malikdir."


BMU-nun əməkdaşları beynəlxalq layihənin iclasında iştira...

Avropa İttifaqının maliyyələşdirdiyi və Polşanın Varşava Politexnik Universitetinin koordinatoru olduğu "Nəqliyyat xidmə ətraflı oxu »

BMU-nun rəhbərliyi Türkiyə səfiri ilə görüşüb...

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və Beynəlxalq Əlaqələr üzrə pr ətraflı oxu »

BMU-da “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rə...

Bakı Mühəndislik Univeristetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazov Çinin ən ətraflı oxu »

Böyük Britaniyanın “Newcastle Universiteti”nin əməkdaşı B...

Böyük Britaniyanın “Newcastle Universiteti”nin əməkdaşı xanım Andrea Lane Bakı Mühəndislik Un ətraflı oxu »