BMU-nun müəllimi DAAD proqramı vasitəsilə Almaniyada təqaüdlü təhsil alacaq

BMU-nun müəllimi DAAD proqramı vasitəsilə Almaniyada təqaüdlü təhsil alacaq
11 May 2018 23:51 | Baxılıb: 360

 Bakı Mühəndislik Universitetinin Sənayənin Təşkili və İdarə Olunması bölməsinin  baş müəllimi Nail Tahirov 2018 tədris ili üçün DAAD proqramı vasitəsilə Darmştad Texniki Universitetində doktrantura dərəcəsi(Phd) üzrə təhsilini davam etdirəcək. Qeyd edək ki, Nail müəllim Bakalavr (2004) və Magistratura(2009) təhsilini keçmiş Qafqaz (BMU) universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə alıb. 2009-cu ildən  bəri təhsil sahəsində Sənaye Mühəndisliyi və Biznesin İdarə Olunması ixtisasları üzrə BMU, UNEC və Sabah qruplarında tədris fəaliyyəti ilə məşğul olan Nail müəllim həmçinin, müəssislərdə optimallaşdırma və effektivliyin artırılması üçün konsultant və peşakar təlimlərlə də bağlı fəaliyyət göstərir.

 

Keçdiyi bu qətiyyətli yolda necə uğur qazandığını müəllimin öz dilindən paylaşırıq:

 

 “Akademik karyeramda daha da təkmilləşmək üçün həmişə arzum doktorantura (Phd) dərəcəsini inkişaf etmiş ölkələrin birində almaq olubdur. Bu səbəblə 2012-ci ildən mütəmadi olaraq müxtəlif universitetlərə müraciət edirdim. Xaricdə təhsil almaq xüsusi ilə Phd təhsili almaq üçün iki amil var. 1. Universitetdən qəbul almaq 2. Tam təqaüd ilə təmin olunmaq. Bəhs etdiyim müddət ərzində elə mən müxtəlif hallar ilə üzləşməli oldum. Elə universitet olurdu qəbul alırdım, ancaq təqaüd problemi ilə üzləşirdim və ya təqaüd imkanı olurdu fəqət universitetin qəbul ofisindən keçə bilmirdim. Bunlara misal olaraq Waterloo (Kanada), KAIST (Cənubi Koreya), University of South Florida (ABŞ), Waseda (Yaponiya) və s. göstərmək olar. 

 2013-cı ildən Kanadadakı Ryerson universitetinin professoru (M.Y. Jaber) ilə birlikdə beynəlxalq jurnallar üçün ortaq məqalələr üzərində çalışıram. Məhz onun tövsiyyəsi ilə Almaniyada Phd təhsilimi davam etdirə biləcəyim qərarına gəldim. Almaniyanın ən böyük təqaüd proqramı olan DAAD ilə tanış oldum. Bu proqram xüsusi ilə Phd təhsili üçün olduqca rəqabətcil bir proqramdı. Beləki, ilk öncə elmi rəhbər tapılmalı, onunla birgə ortaq araşdırma layihəsi yazılmalı və sözü gedən elmi rəhbər namizəd haqqında müsbət və razılıq rəy yazmalıdır. Bu asan olmadı yeddi ay ərzində mən təyin etdiyim elmi rəhbər ilə (Prof. Cristoph Glock) elmi iş üzərində çalışdıq tam onu razı salandan sonra razılıq məktubu tərtib etdi. Bütün rəsmi proseduralar və müsahibələrdən sonra nəhayət DAAD proqramı tərəfindən 2018 tədris ili üçün Darmştad Texniki Universitetində təhsilimi davam etdirməm üçün təqaüdə layiq görüldüm. Artıq bu ilin payızında sözü gedən universitetin " Istehsal və təchizat zəncirinin idarə olunması" ixtisası üzrə Phd tələbəsi kimi təhsilimə başlayacam.”

 

 

Sonda çox dəyərli bir fikiri bizimlə bölüşən Nail müəllim yazır:

 

“Bu 6 illik marafondan onu öyrəndim ki, çəkilən əziyyətlər bir gün bəhrəsini verəcək, yetər ki həmişə səy göstərmək və alternativ yolları sınamaq lazımdır.”


BMU xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb...

Bakı Mühəndislik Universitetinin Beynəlxalq Əlaqələr prorektorluğu xarici ölkə universitetləri ilə ikitə ətraflı oxu »

BMU-nun əməkdaşları Hacəttəpə Universitetində ezamiyyətdə...

09.07-13.07.2018 tarixlərində Bakı Mühəndislik Universitetində "Mühəndislik" fakültəsin ətraflı oxu »

Hacəttəpə Universitetinin müəllimi Erasmsu+ KA1 mübadilə ...

Avropa Birliyinin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində 23-27 iyun tarixlərində Hacəttəpə ətraflı oxu »

Porto Universitetinin nümayəndələri BMU-da...

Portuqaliyanın Porto Universitetində Biomedical institunun 2 əməkdaşı Erasmus + Mübadilə proqramı çər ətraflı oxu »