BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib

BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib
17 Sep 2019 12:26 | Baxılıb: 2

         Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun, İnnovasiya mərkəzi və Texnoparkın təşkilatçılığı ilə  “Təşəbbüskarlıq” seminarı keçirilib. Universitetin akt zalında təşkil olunan tədbirdə universitetin Elmi işlər üzrə prorektoru Elçin Suleymanov  çıxış edərək qloballaşan dünyada mühəndisliyin və innovativ ideyaların əhəmiyyətinin artdığını diqqətə çatdırıb. O, BMU Texnoparkında  ideyaların startaplara çevirilməsi üçün  hər cür şərait yaradıldığını da qeyd edib.

      Sonra BMU İnnovasiyalar mərkəzinin müdiri Elçin Yusubov təşkil olunan seminarın mahiyyəti haqqında danışıb və qonaqları tədbir iştirakçılarına təqdim edib.

    Daha sonra SS&Sons Engineering adlı Startup-ın "Avtomobillərin yan güzgülərin avtomatik test cihazı" adlı mövzusunda Pakistan İslam Respublikasının İqra Universitetinin məzunları Syed Abutalib Naqvi və Muhammad Shahmir ur Rahim çıxış ediblər. Bildiriblər ki, avtomobil sənayəsində yan güzgülərin istehsalı zamanı onun korreksiyası əl əməyindən istifadə etmək ilə həyata keçirilir. Bu da zaman itkisinə və pul itkisinə səbəb olur. Gənc startapçıların təklif etdiyi həll bu problemi aradan qaldıraraq və digər analoji istehçıların qurğulurından ucuz və qısa zamanda korreksiya etməyə imkan verir.  Güzgülər bu qurğuya yerləşdirərək ona bir neçə kabel qoşulur ve test başlanılır. Bundan sonra əgər yan güzgüdə hər hansı bir qüsur aşkar olunursa bu qurğunun ekranında görsənir. Qurğu səhvi aşkarladıqdan sonra onu korreksiya edir. Startup-çılar iddia edirlər ki, qurğunun sayəsində insan əməyini azalacaq və məhsulun dəqiqliyi və səmərəliliyi artacaqdır.

    İnteraktiv keçən seminarda tələbələrin sualları cavablandırılıb və təkliflər səsləndirilib.


"Gənclərin rəqəmsal texnologiyalardan səmərəli istif...

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının, İnn ətraflı oxu »

Vişeqrad təqaüd proqramı...

BMU-nun müəllim və tələbələrinin nəzərinə: Çexiya Respublikasının Bakıdakı səfirliyi Çex Respublikas ətraflı oxu »

BMU-nun əcnəbi tələbələri ilə toplantı təşkil olunub...

Bakı Mühəndislik Universitetində (BMU) hal-hazırda təhsil alan əcnəbi tələbələrlə toplantı Beynəlxalq ətraflı oxu »

BMU ilə yeni əməkdaşlıq müqaviləsi imzalanıb...

Hollandiya Biznes Akademiyasının rektoru, professor Jan van Zvieten və Rumıniyanın Azərbaycandakı Dil və Mədəniyyət Mərk ətraflı oxu »