BMU müəllimi Almaniyanın Koblenz Universitetində

BMU müəllimi Almaniyanın Koblenz Universitetində
Aytac Ağayeva | 23 May 2018 19:04 | Baxılıb: 76

 Bakı Mühəndislik Universiteti  Erasmus + Mübadilə proqramı çərçivəsində Sloveniya, Çexiya, Latviya, Türkiyə, İtaliya kimi Avropa ölkələrinin prestijli  universitetləri ilə tələbə və akademik heyətin mübadiləsini aparır. Bunlardan biri də Almaniyanın Koblenz Universitetidir.

Bakı Mühəndislik Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının dosenti Ceyhun Mahmudlu 26.03.2018-15.05.2018 tarixləri arasında Erasmus+ K1 programı çərçivəsində Almaniyanın Koblenz Universitetində yarım semestrlik tədris proqramında iştirak etmişdir. Bu 7 həftə davam edən  proqram çərçivəsində “Intercultural Communication” və “Managing Diversity and Conflicts in Workplaces” adlı dərslərin tədris olunduğunu qeyd edən Ceyhun müəllim tədris prosesi zamanı xüsusilə inter-aktiv metod tətbiq edilməklə tədrisdə innovasiyaların istifadə edilməsinə üstünlük verildiyini vurğulayır. Qeyd etmək lazımdır ki, tətbiq olunan metodlar öz effektivliyini göstərmiş, dərs prosesinin daha canlı və təsirli keçirilməsinə səbəb olmuşdur. Həmçinin dərslərin yekununun qiymətləndirilməsi üçün tələbələrə fərdi və qrup halında tədqiqat işlərinin aparılması tapşırılmışdır.

Proqram haqqında öz dəyərli fikirlərini bölüşən Ceyhun müəllim deyir:

“Bu proqramın həm mənə, həm BMU-ya, həm də ki Koblens Universitetinə faydalı olduğunu düşünürəm. Belə ki, mən ilk dəfə olaraq xarici və qərb universitetlərinin birində müstəqil şəkildə iki fənni tədris etmək imkanı əldə etmişəm. Bu mənə öncəki tədris təcrübələrimi müqaisə etmək, eyni zamanda yeni təcrübə əldə etmək baxımından faydalı olmaqla yanaşı yeni tədris metodlarının tətbiq edilməsi baxımından da yenilik olmuşdur. Bundan başqa gələcəkdə istənilən xarici, xüsusilə qərb universitetlərinin birində yenidən dərs demək üçün çox əhəmiyyətli bir zəmanətə çevrilmişdir.”

 

 Xüsusilə qeyd etmək lazımdır ki, Koblenz Universiteti (Hochschule Koblenz) məzmun etibarı ilə BMU-ya bənzəyir. Yəni hər iki tədrsi müəsisəsi əsasən mühəndislik və iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslaşmışdır. Bu baxımdan BMU gələcəkdə də həmin universitetlə bir çox sahələrdə əməkdaşlıq etmək imkanları əldə etmişdir. Bundan başqa, 2019-cu ilə qədər BMU-nun digər professor və müəllim heyətidə bu proqramın imkanlarından istifadə etmək hüquqlarını özlərində saxlayırlar.

Proqramın müsbət faydalarından danışan Ceyhun müəllim deyir ki: “İlk növbə  mənim orada olmağım Koblenz Universitetinin beynəlxalq mühitinə müxtəliflik gətirmiş, həm tələbələrin, həm də professor və müəllim heyətini üçün yeni və fərqli bir təcrübə olmuşdur. Digər tərəfdən  tədris etdiyim “Managing Diversity and Conflicts in Workplaces” həmin universitetdə ilk dəfə olaraq tədrsi edilmiş və onun faydaları xüsusi olaraq vurğulanmış, bu fənnin gələcəkdə də tədrisi müzakirə edilmişdir.”

Müəllim sonda qeyd edir ki, orada olduğu müddətdə BMU-nun imkanlarını yerli auditoriya ya çatdırmaq üçün xüsusi tədqimatlar keçirmiş və maraqlı olan  tələbə və professorları yeni bir təcrübə yaşamaları üçün universitetimizə dəvət etmişdir.


BMU-nun Xarici dil kafedrasının müəllimi, dosent Kənan Bə...

ERASMUS + KA1 Mübadilə Proqramı çərçivəsində Avropa və Türkiyənin müxtəlif universite ətraflı oxu »

Hacəttəpə professorlarının ezamiyyət müddətində BMU-da fə...

13 – 26 May tarixləri arasında Eramus+ KA107 proqramı daxilində Bakı Mü ətraflı oxu »

BMU-nun tələbəsi UGRAD proqramının 3 qalibindən biri oldu...

Əsası 1992-ci ildə ABŞ Konqresi tərəfindən qoyulan Qlobal Tələbə Mübadilə Proqramı (UGRAD) Amerika Birləşmiş ətraflı oxu »

BMU müəllimi Almaniyanın Koblenz Universitetində...

Bakı Mühəndislik Universiteti Erasmus + Mübadilə proqramı çərçivəsində Slo ətraflı oxu »