BMU müəllimi Rumıniyanın Babeş-Bolyai Universitetində ezamiyyətdə

BMU müəllimi Rumıniyanın Babeş-Bolyai Universitetində ezamiyyətdə
02 Jul 2018 21:53 | Baxılıb: 52

  Bakı Mühəndislik Universiteti  Erasmus +  Mübadilə proqramı çərçivəsində Sloveniya, Çexiya, Latviya, Türkiyə, İtaliya kimi Avropa ölkələrinin prestijli  universitetləri ilə tələbə və akademik heyətin mübadiləsini aparır. Bunlardan biri də Rumıniyanın Babeş-Bolyai Universitetidir.

 

23.06–30.06.2018-ci il tarixləri arasında BMU-nun Beynəlxalq Münasibətlər kafedrasının Baş müəllimi Aqil Əhmədov ERASMUS + mübadilə proqramı çərçivəsində Rumıniyanın Kluj-Napoka şəhərində yerləşən Babeş-Bolyai Universitetinə 7 günlük ezam olunmuş, “akademik heyətin mübadilə proqramında” iştirak etmişdir. ERASMUS + Mübadilə Proqramı haqqında öz fikirlərini bizimlə bölüşən Aqil Əhmədov ezamiyyətdə olduğu müddət ərzində Babeş-Bolyai Universitetinin Beynəlxalq Münasibətlər və Avropaşünaslıq kafedralarının professor-müəllim heyəti ilə olduqca səmərəli görüşlərin keçirildiyini və fikir mübadilələri aparıldığını qeyd etdi. Ezamiyyətinin əsas istiqamətlərindən birinin universitetdəki akademik heyətin araşdırma və dərs keçmək metod və üsullarını müşahidə etmək olduğuna görə ona auditoriyalarda dərs prossesini izləmək imkanı yaradıldı. Bundan əlavə o da qazandığı bilik və təcrübəni oradaki müəllim-tələbə heyəti ilə paylaşmışdır.

 

Bundan əlavə Aqil Əhmədov bu mübadilə proqramı onun üçün olduqca faydalı olduğunu və proqramdan sonra universitetin müəllmləri ilə ortaq layihə, elmi çalışmaların daha da artacağına inamını qeyd etmişdir.


Porto Universitetinin nümayəndələri BMU-da...

Portuqaliyanın Porto Universitetində Biomedical institunun 2 əməkdaşı Erasmus + Mübadilə proqramı çər ətraflı oxu »

BMU-nun qonağı olan Türkiyəli nümayəndələr...

Beynəlxalq Əlaqələr prorektorluğunun növbəti qonaqları Türkiyənin Hacəttəpə Universitetindən oldu ətraflı oxu »

BMU-nin müəllim və magistr tələbələri Gürcüstanda “PROMİG...

Bakı Mühəndislik Universitetinin Avropa Birliyinin bir çox proqram və layihələrində aktiv iştirak etmə ətraflı oxu »

Portuqaliyanın nüfuzlu Porto universitetinin müəllimi Bak...

Bakı Mühəndislik Universitetinin (BMU) Avropa Birliyinin Erasmus+ KA1 tələbə və müəllim mübadilə p ətraflı oxu »