BMU-nin tələbəsi “Seeds for the Future” proqramına seçilən iştirakçılar arasında

BMU-nin tələbəsi “Seeds for the Future” proqramına seçilən iştirakçılar arasında
29 Nov 2018 16:33 | Baxılıb: 384

Bakı Mühəndislik Universitetinin "İnformasiya Texnologiyaları" ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi, Rüstəm Səfərli, “Huawei” şirkəti tərəfindən təşkil olunacaq “Seeds for the Future” layihəsinin müraciət mərhələsindən uğurla keçərək layihədə iştirak hüququ qazanmışdır.

Qeyd edək ki, Sözü gedən “Seeds for the Future” layihəsi İKT sənayesinə marağın artırılmasına yardım etmək və qabiliyyətli tələbələrin bu sahədə biliklərini artırmaq məqsədi daşıyır. Pekində baş tutacaq layihə çərçivəsində tələbələr, Çin mədəniyyətini və həmçinin mandarin dilini öyrənmək şansı əldə etmiş olacaqlar, bundan əlavə “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən kampusunda,  mobil şəbəkə və bulud hesablama texnologiyaları, süni intellekt və eləcədə 5G şəbəkəsi ilə yaxından tanış olmuş olacaqlar.

“Seeds for the Future” layihəsində iştirak edəcək olan Rüstəm Səfərli, BMU-nun Beynəlxalq Əlaqələr və layihələrin idarə olunması şöbəsi ilə layihəyə müraciəti haqqında öz təəsüratlarını bölüşmüşdür:

-          “Açığı biraz gözlənilməz oldu. Çünki belə bir layihə olduğunu öyrənəndə artıq müraciət üçün 1 gün qalmışdı, şansımı sınamağı qərara aldım və tez bir zamanda, müraciətdə tələb olunduğu kimi özūm haqqında 2 dəqiqəlik video hazırladım. Bundan əlavə olaraq “Smart City”, “Süni intellekt” və “Cloud texnologiyası” haqqında esse yazdım və müraciət etdim. Bir neçə gün sonra mənə bildirdilər ki, "ADA" universitetində istənilən bir İKT’lə bağlı mövzudan ama sırf texnoloji tərəflərini əhatələyəcək təqdimat etməliyəm.

 

-          Təqdimatda sırf "Ağıllı şəhər" konseptinə kökləndim; çünki, demək olar hər biri IKT sahəsini özündə birləşdirən proyekt idi. "ADA" universitetində ümumilikdə 25 nəfər idik; sonradan öyrəndim ki, 25 adam 500 nəfər arasından seçilib və BMU-dan yeganə seçilən şəxs mənəm. Bu fakt həm qorxu həm da fərəh hissi verirdi,  çünki qalib olmasam belə universitlərin sırasında təmsilçisi olduğum BMU-nun da adı keçəcək.

 

-          Təqdimatın juri heyəti gözlədiyimdən daha ciddi çıxdı-üç nəfər Huawei rəsmisi, iki nəfər Rabitə və Yüksək Texnologiyalar və bir nəfər Təhsil Nazirliyindən idi.

 

-          Püşk atma yolu ilə seçilən təqdimatlar arasında 7-ci adam kimi çıxış edəcəyimi dedilər və sıra mənə gələnə kimi müşahidə üçün kifayət qədər vaxtım oldu; hər kəs eyni tərzdə bir çıxış masasının qarşısında mikrafona çıxış edirdi. Fikirləşdim əgər diqqət cəlb etmək istəyirəmsə digərlərindən fərqlənməliyəm. İngilis dili moderatoru kimi bir təcrübəm olduğundan  bundan istifadə etməyi qərara aldım. Çıxış masasına yaxınlaşıb ama mikrafona cemi bir cümle dedim " bilirsiz nə var mən mikrofonsuz danışacam; qışqırmaq istəyirəm". Və elə də etdim və təqdimata stoldan yox, səhnədən davam etdim-öz səsimlə. Yerində və bol zarafatlarla 7 dəqiqə ərzində adi halda istənilən adama sıxıcı gələcək statistikaları, teoriyaları, texnoloji "leksiyaları", maraqlı ama eyni zamanda tam professional seviyyədə təqdim etdim və çox xoşlarına gəldi. Tədbirin sonunda seçilən tələbələrin adları açıqlanacağı vaxt da adımın 25 nəfər arasından axırlarda olduğunu düşünürdüm ki, lakin sözə başlayan kimi juri tərəfindən ilk mənim adım çəkildi və seçildiyimi bildirdilər.

 

-          Tədbirin soununda mənə juri heyətindən bir neçə adam yaxınlaşdı, müxtəlif mövzularda fikir mübadiləsi apardıq, "Huawei" rəsmisi Ramil Mastiyev yaxınlaşdı ve vizit kartını təqdim edərək- "bəlkə gələcəktə bir yerdə işlədik" deyə zarafat da etdi. Eyni zamanda  mənə bir sıra startup ideyalarını təqdim etdi.

Biz də öz növbəmizdə BMU-nun Beynəlxalq Əlaqələr üzrə prorektorluğu olaraq tələbəmizlə qürur duyur və  qazandığı uğur münasibəti ilə təbrik edirik.


“ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub...

Bakı Mühəndislik Universitetində (BMU) beynəlxalq proqram çərçivəsində qurulmuş “ ətraflı oxu »

BMU-nun məzunu Tartu Universitetində magistratura təhsili...

Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə ixtisası üzrə (ingilis sektoru) 2018/2019-cu tədri ətraflı oxu »

BMU tələbələri “BP Azerbaijan”-ın mentorluq proqramında...

“BP Azerbaijan” şirkəti bakalavr pilləsi üzrə texniki fakültələrdə təhsil alan tələbə ətraflı oxu »

BMU-dan şagird və tələbələr üçün yeni imkan...

Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) il ətraflı oxu »