BMU-nun Xarici dil kafedrasının müəllimi, dosent Kənan Bəşirov Türkiyənin Hacəttəpə Universitetində ezamiyyətdə

BMU-nun Xarici dil kafedrasının müəllimi, dosent Kənan Bəşirov Türkiyənin Hacəttəpə Universitetində ezamiyyətdə
Aytac Ağayeva | 08 Jun 2018 17:33 | Baxılıb: 85

 ERASMUS + KA1 Mübadilə Proqramı çərçivəsində Avropa və Türkiyənin müxtəlif universitetləri ilə  əməkdaşlıq edən Bakı Mühəndislik Universiteti həmçinin, Türkiyənin Hacəttəpə Universiteti ilə də geniş əlaqə imkanlarına sahibdir.  Qeyd edək ki, artıq universitetimizin Pedaqoji kafedrasının 5 tələbəsi tələbə mübadilə proqramından istifadə edərək 2017-2018-ci tədris ilinin yaz semestrində Hacəttəpə Universitetində öz təhsillərini davam etdirirlər.

10.05–19.05.2018-ci il tarixləri arasında BMU-nun Xarici dil kafedrasının müəllimi, dosent Kənan Bəşirov “ERASMUS + KA1” proqramı çərçivəsində Türkiyənin Hacəttəpə Universitetinə 10 günlük ezam olunaraq “akademik heyətin mübadilə proqramında” iştirak etmişdir. Özünün də İstanbul Universitetinin məzunu olduğunu qeyd edən Kənan müəllim ezamiyyət müddətində gördüyü işlərdən yazır:

 

“İxtisasımla əlaqəli cəmdə 13 saatlıq Çağatay türkçəsi, Müasir türk dilləri (özbək), Türkiyə türkçəsi (sintaksis) dərslərini keçdim, “Azərbaycan və Türkiyədəki ortaq yer adları” mövzusunda  seminar verdim. Bundan başqa, ERASMUS + KA1 proqramı çərçivəsində Hacəttəpə universitetində təhsil alan “Xarici dil” kafedrasının beş tələbəsinin seminarlarında iştirak etdim, bu universitetin Türk dili və ədəbiyyatı kafedrasının müəllimləri ilə fikir mübadiləsi apardım.”

 

Həmçinin Kənan müəllimin özünün də qeyd etdiyi kimi hal-hazırda Hacəttəpə Universitetində mübadilədə olan BMU tələbələri ilə görüşmüş və tələbələrlə Türkiyədəki təhsilləri barəsində danışmış və  birlikdə xatirə şəkili çəkdirmişlər.

 


BMU xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb...

Bakı Mühəndislik Universitetinin Beynəlxalq Əlaqələr prorektorluğu xarici ölkə universitetləri ilə ikitə ətraflı oxu »

BMU-nun əməkdaşları Hacəttəpə Universitetində ezamiyyətdə...

09.07-13.07.2018 tarixlərində Bakı Mühəndislik Universitetində "Mühəndislik" fakültəsin ətraflı oxu »

Hacəttəpə Universitetinin müəllimi Erasmsu+ KA1 mübadilə ...

Avropa Birliyinin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində 23-27 iyun tarixlərində Hacəttəpə ətraflı oxu »

Porto Universitetinin nümayəndələri BMU-da...

Portuqaliyanın Porto Universitetində Biomedical institunun 2 əməkdaşı Erasmus + Mübadilə proqramı çər ətraflı oxu »