BMU-nun bir qrup tələbəsi DAAD-ın “Study Visit” proqramı ilə Almaniyada səfərdədir. (Ardı var...)

BMU-nun bir qrup tələbəsi DAAD-ın “Study Visit” proqramı ilə Almaniyada səfərdədir. (Ardı var...)
24 Oct 2018 16:47 | Baxılıb: 205

BMU-nun bir qrup müəllim və tələbə heyəti DAAD-ın “Study Visit” proqramı çərçivəsində Almaniyanın bir neçə ali təhsil müəssisə və təşkilatlarında olmaq, bilik və təcrübələrini inkişaf etdirmək hüququ əldə etmişdirlər.

21 Oktyabr – 01 Noyabr tarixləri arasında (12 gün) nəzərdə tutulan səfərdə tələbələrimiz, Marburq Universiteti və Koblenz Universitetlərinin, İqtisadiyyat fakültələrinin Maliyyə dərslərində iştirak edəcək; Alman tələbə və professorlarına Azərbaycan iqtisadiyyatı və maliyyə sistemi haqqında təqdimatlar edəcəklər

Hazırda Almaniyanın Marburq Universitetində olan  Maliyyə kafedrasının müdiri Dr. Füzuli Əliyev “Səfərin ilk günü tələbələrimiz Marburq Universiteti ilə ətraflı tanış oldular və professor Mohammad Farzaneganın “Orta Şәrq Ölkәlәrinin Demoqrafiyası” haqqında seminarınıı dinlәdilər. Gün әrzindә tələbələrimiz Marburg şәhәrini gəzdilər və onun orta әsrlәrә aid olan arxitekturası, kilsәlәri ilə yaxından tanış oldular.” deyə öz təəsüraını bizimlə bölüşdü.

“Səfər çərçivəsində həmçinin Avropa Mərkəzi Bankı, Alman Maliyyə Bazarlarına Nəzarət Komitəsi, Frankfurt Maliyyə Mərkəzi kimi maliyyə təşkilatlarına səfərlər nəzərdə tutulmuşdur.” Deyə o qeyd etdi.

Həmçinin nümayəndələrimiz, hər iki universitet kampusunda milli adət-ənənələrimizi nümayiş etdirmək üçün Azərbaycan gecəsi təşkil etməyi nəzərdə tutur. Azərbaycan gecəsində ölkəmizin milli tarixi, mənəvi dəyərləri və adət-ənənəsi ilə bağlı Alman tələbə-professorlara geniş informasiya verəcək, tələbələrimiz milli geyimdə Azərbaycan mətbəxinin şirniyyatlarını nümayiş etdirəcəklər.


BMU-nun əməkdaşları “İTACA” Erasmus+ KA2 layihəsinin onla...

Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov və Xaric ətraflı oxu »

BMU ilə Koreya Universiteti arasında ikili diplom proqram...

Yeni tədris ilindən Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında əldə ətraflı oxu »

BMU-nun əməkdaşları “MAGnUS” Erasmus+ KA2 layihəsinin onl...

Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, Xarici ətraflı oxu »

BMU ilə İngiltərənin Derbi Universiteti arasında əməkdaşl...

Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Ma ətraflı oxu »