BMU-nun qonağı olan Türkiyəli nümayəndələr - Baku Engineering University

BMU-nun qonağı olan Türkiyəli nümayəndələr

BMU-nun qonağı olan Türkiyəli nümayəndələr
Aytac Ağayeva | 17 Jul 2018 07:43 | Baxılıb: 42

  Beynəlxalq Əlaqələr prorektorluğunun növbəti qonaqları  Türkiyənin Hacəttəpə Universitetindən oldular. Qeyd edək ki, Bakı Mühəndislik Universiteti Erasmus + Mübadilə proqramı çərçivəsində bu Universitet ilə tələbə və akademik heyətin mübadiləsini aparır. Bakı Mühəndislik Universiteti ilə yaxından tanış olan Aygül Doğanay və Tülay Akdemir həmçinin, Beynəlxalq Əlaqələr və Layihələrin İdarə Olunması ofisinin eləcə də, Bakı Mühəndislik Universitetinin Erasmus +, Mövlanə proqramı və İkitərəfli əməkdaşlıq müqavilələri vasitəsi ilə yüksək əməkdaşlıq fəaliyyətləri haqqında geniş məlumat əldə etmişlər. Qısa müddətdə qurulan universitetimizin əldə etdiyi böyük nəaliyyətlər haqqında bilgiləndirilən qonaqlar universitetin əsas struktur və tədris proqramları haqqında geniş şəkildə informasiya əldə etmək ilə yanaşı, kafedra, bölmə və laboratoriyaları da ziyarət etmişlər.

 

Həmçinin qarşılıqlı şəkildə xarici tələbə qəbulu və şərtləri barəsində də müzakirələr aparılmış və müsbət nəticələr əldə edilmişdir.

 

Universitetimizin tanıtımı ilə yanaşı, qonaqlara Bakı və Bakıətrafı tarixi abidələri, Azərbaycanın milli mətbəxi haqqında geniş məlumatlar verilmiş və tanışlıqdan yadigar olaraq  hədiyyələr də təqdim olunmuşdur.

 

Səmərəli görüşün sonunda Türkiyəli nümayəndələrə sertifikat təqdim edilmiş və Beynəlxalq Əlaqələr ofisinin əməkdaşları ilə xatirə şəkili çəkilmişdir.


Porto Universitetinin nümayəndələri BMU-da...

Portuqaliyanın Porto Universitetində Biomedical institunun 2 əməkdaşı Erasmus + Mübadilə proqramı çər ətraflı oxu »

BMU-nun qonağı olan Türkiyəli nümayəndələr...

Beynəlxalq Əlaqələr prorektorluğunun növbəti qonaqları Türkiyənin Hacəttəpə Universitetindən oldu ətraflı oxu »

BMU-nin müəllim və magistr tələbələri Gürcüstanda “PROMİG...

Bakı Mühəndislik Universitetinin Avropa Birliyinin bir çox proqram və layihələrində aktiv iştirak etmə ətraflı oxu »

Portuqaliyanın nüfuzlu Porto universitetinin müəllimi Bak...

Bakı Mühəndislik Universitetinin (BMU) Avropa Birliyinin Erasmus+ KA1 tələbə və müəllim mübadilə p ətraflı oxu »