BMU-nun tələbəsi UGRAD proqramının 3 qalibindən biri oldu

BMU-nun tələbəsi UGRAD proqramının 3 qalibindən biri oldu
Aytac Ağayeva | 28 May 2018 18:27 | Baxılıb: 200

 Əsası 1992-ci ildə ABŞ Konqresi tərəfindən qoyulan Qlobal Tələbə Mübadilə Proqramı (UGRAD) Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) tərəfindən idarə olunur. Proqram Azərbaycan, Belarusiya, Gürcüstan, Qazaxstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna kimi dövlətlərin ali təhsil ocaqlarında birinci, ikinci, üçüncü kursda oxuyan tələbələrinə Amerika Birləşmiş Ştatları universitetlərinin və kolleclərinin birində bir il dərəcəsiz təhsil almaq  imkanı yaradır.

 

Global Undergraduate Exchange  (UGRAD) proqramının 2018-2019 akademik ili üçün nəticələrə əsasən, Bakı Mühəndislik Universitetinin Kimya Mühəndisliyi ixtisasının tələbəsi Nicat Quliyev Azərbaycandan seçilən 3 qalibdən biridir və bu proqram üzrə ABŞ-da təhsil alacaqdır.

 

Həmçinin, Nicat “İrəli” İctimai Birliyinin Türkiyə qeyri-hökümət təşkilatı ilə birlikdə təşkil etdiyi və Erasmus+ proqramının dəstəklədiyi “We all are one” (Biz hamımız birik) layihəsinin də qalibi olmuşdur. Layihə  15–26 iyun tarixləri arasında Türkiyənin Tranbzon şəhərində keçiriləcəkdir.

 

Bu müvəffəqiyyətlərinə görə Nicatı Beynəlxalq Əlaqələr prorektorluğu  adından təbrik edir və gələcək həyatında uğurlar arzulayırıq!


BMU-da "İtaliyada ödənişsiz təhsil" ilə əlaqəda...

Universitetimizdə "WORLD LANGUAGE CENTER"in birgə təşkilatçılığı ilə daha bir "xaricdə təhsil" seminarı keç ətraflı oxu »

İstanbul Kültür Universitetinin əməkdaşları Bakı Mühəndis...

28.11.2018-ci il tarixində İstanbul Kültür Universitetinin, "Avropa və Beynəlxalq əlaqələr" şöbəsinin m&u ətraflı oxu »

"British Council" BMU ilə birgə layihələr həyat...

"British Council"ın Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia və nümayəndəliyin əməkdaşları Bakı M& ətraflı oxu »

BMU-nin tələbəsi “Seeds for the Future” proqramına seçilə...

Bakı Mühəndislik Universitetinin "İnformasiya Texnologiyaları" ixtisası üzrə təhsil alan 3-cü kurs tələbə ətraflı oxu »