BMU tələbəsi Sloveniyanın Lyublyana Universitetində

BMU tələbəsi Sloveniyanın Lyublyana Universitetində
10 Sep 2018 14:21 | Baxılıb: 42

2017-2018-ci tədris ilinin yaz semesterində Erasmus tələbə mübadilə proqramı çərçivəsində Sloveniyanın Lyublyana Universitetində 

təhsilini davam etdirən BMU tələbəsi Sənan İsaqovun mübadilə haqqında fikirlərini bizimlə bölüşür:

 

 “Salamlar hərkəsə. 2017-2018-ci tədris ilinin yaz semesterində Erasmus tələbə mübadilə proqramı çərçivəsində Sloveniyanın ən adlı sanlı universitetlərindən 

olan, dünya reytinqində ilk 400lükdə olan Lyublyana Universitetində təhsilimi Finance and Banking ixtisasında davam etdirdim. Əvvəla onu bildirim ki, bu cür tələbə mübadilə proqramları bir tələbənin özünü həm akademik, həm də şəxsi inkişaf etdirib 

zəiflikləri üzərində işləməsi baxımından əvəzedilməz bir təcrübədir.

 

Akademik cəhətdən özünüzə olan inamın daha da çox artırılmasında çox böyük töhvələrin olduğunu deyə bilərəm. Əvvəl 

düşüncələrimdə nəinki Amerika və Kanada tələbələri, hətta Avropa ölkələrindən olan tələbələrin məndən birbaş üstün oldu-ğunu düşünürdüm. Əvvəla onu qeyd edim ki, getdiyim universitetdə dünyanın 100ə yaxın ölkəsindən 1000dən çox tələbə 

müxtəlif mübadilə proqramları çərçivəsində təhsil alırdılar. Elə bir mühitdə olmağın özü bir yana, o mühitdə ən aktiv və bilikli tələbələrdən olmağım, əksər suallara mənim cavab verməyim və digər ölkələrin tələbələrinin dərslərdə məndən yardım 

istəməsi və s. faktorlar özümə sübut etdi ki bizim universitetlərdə olan rəqabət, tələbələrin bilik səviyyəsi və şəxsən öz ixtisasımda öz 

universitetimdə mənə öyrədilən təhsil səviyyəsi demək olar ki, xaricdə olan təhsillə eynidir. Bütün bu sadaladığım təcrübələr 

akademik həyatıma və özgüvənimə unudulmaz əlavələr etdilər, hansı ki, gələcək kariyeramda və təhsil həyatımda belə özünə inama 

insanın həqiqətən ehtiyacı olur.

 

Başqa bir yandan, əldə etdiklərim arasında ən dəyərli şeylərdən biri, şəxsi inkişafım, hərtərəfli gözümün açılmağına və ailədən ayrı da necə düzgün şəkildə yaşamaq haqqında lazımi biliklərə yiyələnməyimə də çox köməyi oldu. Başda mənfi görünən 

bütün faktorların əslində mənim üçün nə qədər böyük təcrübələr olduğunu yalnız ordan qayıdanda anladım. Məsələn, müxtəlif 

ölkələr-in uşaqları ilə danışıb onlardan fərqli fikirlər eşitmək, qarşılıqlı şəkildə bildiklərinizi bir-biriniz ilə bölüşmək insana vacib həyat strategiyaları verir. Artıq bir çox şeyi necə daha effektli  və səmərəli etmək lazım 

olduğunu bilirsiz. Çətin anlarda kritik qərarlar qəbul edərək bu bacarığa da yiyələnmiş oldum, hansı ki iş həyatında insana ən 

vacib bacarıqlardan biridir. Müxtəlif mədəniyyətləri, müxtəlif insanları tanıyıb ünsiyyət qurub psixologiyanızı və xarakterinizi 

daha da güc-ləndirmək şansınız olur. Verilən təqaüd miqdarının kifayət qədər yaxşı olması da 10a yaxın ölkə gəzməyim üçün yetərli oldu, hansı ki insan üçün gəzib görmək qədər öyrədici ikinci bir təcrübənin olduğunu düşünmürəm.

 

Ümunilikdə, bu proqram həyatıma qatdığı müsbət və faydalı töhvə və bacarıqlarla yadda qaldı. İstər Lyublyanaya getməzdən öncə, istərsə də mübadilə proqramı müddətində bir çox problem və çətinliklərlə qarşılaşsam da geriyə qalan yanlızca xoş 

xatirələr və həyat təcrübələri oldu.”


BMU-da "İtaliyada ödənişsiz təhsil" ilə əlaqəda...

Universitetimizdə "WORLD LANGUAGE CENTER"in birgə təşkilatçılığı ilə daha bir "xaricdə təhsil" seminarı keç ətraflı oxu »

İstanbul Kültür Universitetinin əməkdaşları Bakı Mühəndis...

28.11.2018-ci il tarixində İstanbul Kültür Universitetinin, "Avropa və Beynəlxalq əlaqələr" şöbəsinin m&u ətraflı oxu »

"British Council" BMU ilə birgə layihələr həyat...

"British Council"ın Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia və nümayəndəliyin əməkdaşları Bakı M& ətraflı oxu »

BMU-nin tələbəsi “Seeds for the Future” proqramına seçilə...

Bakı Mühəndislik Universitetinin "İnformasiya Texnologiyaları" ixtisası üzrə təhsil alan 3-cü kurs tələbə ətraflı oxu »