BMU-nun müəllimi Akademik Heyətin Mübadilə Proqramında iştirak etdi

BMU-nun müəllimi Akademik Heyətin Mübadilə Proqramında iştirak etdi
Aytac Ağayeva | 15 May 2018 00:01 | Baxılıb: 123

 Bakı Mühəndislik Universiteti ERASMUS + KA1 Mübadilə Proqramı çərçivəsində Avropa və Türkiyənin müxtəlif universitetləri ilə  əməkdaşlıq edir. Bunlardan biri də Türkiyənin Hacəttəpə Universitetidir. Qeyd edək ki, Hacəttəpə Universiteti Bakı Mühəndislik Universitetinin Xarici dil kafesdrası ilə geniş əlaqə imkanlarına sahibdir və artıq universitetimizin Pedaqoji kafedrasının 5 tələbəsi bu proqramından istifadə edərək 2017-2018-ci tədris ilinin yaz semestrində Hacəttəpə Universitetində öz təhsillərini davam etdirirlər.

BMU-nun Xarici dil kafedrasının müdiri dosent Seyran Qayıbov 23.04–05.05.2018-ci il tarixləri arasında “ERASMUS + KA1” proqramı çərçivəsində Türkiyənin Hacəttəpə Universitetinə 13 günlük ezam olunaraq “akademik heyətin mübadilə proqramında” iştirak edib. ERASMUS + KA1 Mübadilə Proqramı haqqında fikirlərini bizimlə bölüşən Dos.Seyran Qayıbov qeyd edir:
“Ezamiyyətdə olduğu müddət ərzində Hacəttəpə Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professor-müəllim heyəti, eləcə də bakalavriatura, magistratura və doktorantura pilləsində təhsil alan tələbələri ilə olduqca səmərəli görüşlərim oldu, fikir mübadiləsi apardım. Ezamiyyətin əsas istiqamətlərindən biri getdiyim universitetdə işləyən müəllimlərin dərs keçmək metod və üsullarını müşahidə etmək olduğuna görə mənə auditoriyalarda dərs prossesini izləmək imkanı yaradıldı. Bundan əlavə mən də qazandığım bilik və təcrübəni oradaki tələbələrlə paylaşdım. İxtisasımla əlaqəli 17 saat dərs keçdim, Azərbaycan ədəbiyyatının müxtəlif sahələri haqqında isə 2 seminar verdim.” 

Özünün də Hacəttəpə Universitetinin məzunu olduğunu bildirən Dos.Seyran Qayıbov onu da bildirdi ki:
 “Uzun bir müddətdən sonra təkrar Hacəttəpə Universitetinin auditoriyalarında bu dəfə müəllim kimi iştirak etmək həqiqətən fərqli bir duyğu oldu. ERASMUS + KA1 proqramına gəlincə isə qeyd etməliyəm ki,  bu mübadilə proqramının mənim üçün olduqca faydalı olduğu qənaətindəyəm. Bu proqramdan sonra Hacəttəpə Universitetinin müəllmləri ilə ortaq layihə, elmi çalışmalarımın daha da artacağına inanıram.”


BMU-nin müəllim və magistr tələbələri Gürcüstanda “PROMİG...

Bakı Mühəndislik Universitetinin Avropa Birliyinin bir çox proqram və layihələrində aktiv iştirak etmə ətraflı oxu »

Portuqaliyanın nüfuzlu Porto universitetinin müəllimi Bak...

Bakı Mühəndislik Universitetinin (BMU) Avropa Birliyinin Erasmus+ KA1 tələbə və müəllim mübadilə p ətraflı oxu »

BMU müəllimi Rumıniyanın Babeş-Bolyai Universitetində eza...

Bakı Mühəndislik Universiteti Erasmus + Mübadilə proqramı çərçivəsi ətraflı oxu »

Əməkdaşımız yeni layihələrin müzakirəsi və əməkdaşlığın i...

Türkiyənin İstanbul şəhərində Esenlər Bələdiyyəsi tərəfindən 11-14 iyun 2018-ci il tarixində yeni layihələri ətraflı oxu »