Bakı Mühəndislik Universitetində “Erasmus+ Məlumatlandırma günü” keçirilib

Bakı Mühəndislik Universitetində “Erasmus+ Məlumatlandırma günü” keçirilib
25 Dec 2017 23:49 | Baxılıb: 237

Bakı Mühəndislik Universitetinin Xarici əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə “Erasmus+” layihələri barədə məlumatlandırma günü keçirilib. 

“Milli Erasmus+” ofisi ilə birgə keçirilən tədbirdə Azərbaycan Təhsil Nazirliyinin, Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin təmsilciləri iştirak ediblər.

İlk öncə açılış nitqi ilə Bakı Mühəndislik Universitetinin rektoru, prof. Havar Məmmədov çıxış edib. Rektor, hələ fəaliyyətinin bir ili tamam olmayan BMU-nun xarici əlaqələrindən və bu əlaqələrin qurulmasında Erasmus+ kimi beynəlxalq proqramlarda universitetin rolundan danışıb. Qeyd edib ki, universitetdə əksər ixtisaslarda tədrisin ingilis dilində aparılması tələbələrimizin belə layihələrdə, beynəlxalq müsabiqələrdə iştirak etmələrində və uğur qazanmalarında mühüm rol oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğısından danışan professor Havar Məmmədov sonda tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Şahin Bayramov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və ondan irəli gələn məsələlər haqqında danışıb. Bu cür tədbirlərin tez-tez keçirilməsinin universitetlərin beynəlxalq layihələr haqqında vaxtında məlumatlanmalarında mühüm rol oynadığını da qeyd edib. BMU –nun Azərbaycan ali təhsil sistemində yeni olmasına baxmayaraq xarici əlaqələrinin sürətlə və effektiv inkişaf etdirdirərək rəqabətliliyini artırdığını da iştirakçıların diqqətinə çatdırıb.

Avropa İttifaqının nümayəndəsi Elnarə Tağıyeva tədbirin təşkili üçün BMU –nun rəhbərliyinə təşəkkür edib. O, Avropa İttifaqının təhsilin inkişafına xüsusi diqqət yetirdiyini və layihələrdə Azərbaycan universitetlərinin iştirak statistikası haqqında məlumat verib.

Erasmus+ Bakı ofisinin rəhbəri Pərviz Bağırov Erasmus+ proqramının milli nümayəndəliyinin fəaliyyəti, hədəf qrupları, ümumi məqsədləri və universitetlərlə əlaqələri barədə məlumat verib. Bildirib ki, ölkəmiz 1995-ci ildən beynəlxalq təhsil layihələrinə qoşulub. İndiyədək Azərbaycandan 45 iri layihə bu proqram vasitəsi ilə həyata keçirilib.
Tədbir məruzəçilərin proqram haqqında məlumatlandırıcı çıxışları ilə davam edib.

 

 


BMU xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb...

Bakı Mühəndislik Universitetinin Beynəlxalq Əlaqələr prorektorluğu xarici ölkə universitetləri ilə ikitə ətraflı oxu »

BMU-nun əməkdaşları Hacəttəpə Universitetində ezamiyyətdə...

09.07-13.07.2018 tarixlərində Bakı Mühəndislik Universitetində "Mühəndislik" fakültəsin ətraflı oxu »

Hacəttəpə Universitetinin müəllimi Erasmsu+ KA1 mübadilə ...

Avropa Birliyinin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində 23-27 iyun tarixlərində Hacəttəpə ətraflı oxu »

Porto Universitetinin nümayəndələri BMU-da...

Portuqaliyanın Porto Universitetində Biomedical institunun 2 əməkdaşı Erasmus + Mübadilə proqramı çər ətraflı oxu »