Bakı Mühəndislik Universitetində ERASMUS + Ka1 proqramının təqdimatı olmuşdur.

Bakı Mühəndislik Universitetində ERASMUS + Ka1  proqramının təqdimatı olmuşdur.
23 Nov 2017 09:54 | Baxılıb: 413

Bakı Mühəndislik Universitetində  ERASMUS + Ka1  proqramı çərçivəsində maarifləndirmə seminarı keçirilmişdir.

Seminar çərçivəsində universitetin Xarici Əlaqələr və Layihələrin İdarə olunması şöbəsinin əməkdaşı Günel Həsənova proqram haqqında iştirakçılara məlumat vermiş, geniş imkanlara malik proqramın tələbələr üçün böyük əhəmiyyətindən danışmışdır. G.Həsənova proqram iştirakçılarının Avropanın nüfuzlu universitetlərində pulsuz təhsil və təcrübə imkanı qazanacaqlarını qeyd etmiş, bu layihədən Bakı Mühəndislik Universiteti tələbələrinin faydalana biləcəklərini xüsusi vurğulamışdır.

Tədbirdə proqram barədə slayd nümayiş olunmuş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Bakı Mühəndislik Universiteti ERASMUS + Ka1  proqramı çərçivəsində Avropanın bir çox universitetləri ilə əməkdaşlıq edir.

Layihədə tələbələrin, doktorantların və əməkdaşların qısamüddətli və uzunmüddətli mübadiləsi nəzərdə tutulmuşdur.

 


BMU tələbəsi Sloveniyanın Lyublyana Universitetində...

2017-2018-ci tədris ilinin yaz semesterində Erasmus tələbə mübadilə proqram ətraflı oxu »

BMU xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb...

Bakı Mühəndislik Universitetinin Beynəlxalq Əlaqələr prorektorluğu xarici ölkə universitetləri ilə ikitə ətraflı oxu »

BMU-nun əməkdaşları Hacəttəpə Universitetində ezamiyyətdə...

09.07-13.07.2018 tarixlərində Bakı Mühəndislik Universitetində "Mühəndislik" fakültəsin ətraflı oxu »

Hacəttəpə Universitetinin müəllimi Erasmsu+ KA1 mübadilə ...

Avropa Birliyinin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində 23-27 iyun tarixlərində Hacəttəpə ətraflı oxu »