"British Council" BMU ilə birgə layihələr həyata keçirəcək

"British Council" BMU ilə birgə layihələr həyata keçirəcək
05 Dec 2018 15:29 | Baxılıb: 77

 "British Council"ın Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia və nümayəndəliyin əməkdaşları Bakı Mühəndislik  Universitetndə olub. Universitetin rektoru, professor Havar Məmmədov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, gənc universitet olan Bakı Mühəndislik Universitetində müasir mühəndislik ixtisasları ilə yanaşı, iqtisadiyyat  və texniki fənnlər üzrə mütəxəssis hazırlığı həyata keçirilir. İxtisasların əksəriyyətində  ingilis dilində tədris aparılır. Universitetin müasir maddi-texniki bazası və texnoparkı mövcuddur. BMU gənc universitet olsa da beynəlxalq əlaqələri, beynəlxalq layihə və  müsabiqələrdə iştirakı  yüksək səviyyədədir. Rektor, gələcəkdə də hər iki qurum arasında mühüm layihələrin həyata keçiriləcəyi və bu layihələrin tələbələrin mütəxəssis kimi yetişməsində böyük rol oynayacağını diqqətə çatdırıb.

     "British Council"ın Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia səmimi qəbula görə təşəkkür edərək, BMU haqqında yüksək fikirdə olduğunu qeyd edib. 25 ildir Azərbaycanda fəaliyyət göstərən  "British Council"ın fəaliyyəti və həyata keçirəcəyi layihələr barədə geniş məlumat verib.

     Görüşdə Böyük Britaniya universitetləri ilə əməkdaşlıq, ikili diplom, birgə startap və digər istiqamətlərdə layihələr  təşkili kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

   


BMU-da "İtaliyada ödənişsiz təhsil" ilə əlaqəda...

Universitetimizdə "WORLD LANGUAGE CENTER"in birgə təşkilatçılığı ilə daha bir "xaricdə təhsil" seminarı keç ətraflı oxu »

İstanbul Kültür Universitetinin əməkdaşları Bakı Mühəndis...

28.11.2018-ci il tarixində İstanbul Kültür Universitetinin, "Avropa və Beynəlxalq əlaqələr" şöbəsinin m&u ətraflı oxu »

"British Council" BMU ilə birgə layihələr həyat...

"British Council"ın Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia və nümayəndəliyin əməkdaşları Bakı M& ətraflı oxu »

BMU-nin tələbəsi “Seeds for the Future” proqramına seçilə...

Bakı Mühəndislik Universitetinin "İnformasiya Texnologiyaları" ixtisası üzrə təhsil alan 3-cü kurs tələbə ətraflı oxu »