Erasmus + Ka1 Proqramı ilə İtaliyada Təhsil alan Magistr tələbələri

Erasmus + Ka1 Proqramı ilə İtaliyada Təhsil alan Magistr tələbələri
04 Oct 2017 12:44 | Baxılıb: 578

Erasmus + Ka1 Proqramı çərçəvəsində 2017-2018-ci tədris ilinin payız semestrində Bakı Mühəndislik Universitetinin 4  Magistr  tələbəsi İtaliyanın L’Aquila və Sapienza Universitetlərində  təhsil alır.

Erasmus + Ka1 proqramı ilə Biznesin İdarə Edilməsi Kafedrasının MBA tələbələri  Güldəstə Novruzova və İlahə Baxışova Sapienza Universitetinə, Aysel Yusubzadə və Sara Əsgərova L’Aquila Universitetinə qəbul olublar.

İlahə Baxışova və Güldəstə Novruzova üçün Romada tələbə olmaq : Romaya gəlməzdən əvvəl şəhəri çox araşdırdığımıza görə ilk gəldiyimiz gündən çox da çətinlik çəkmədik.Gələnlərə məsləhətimiz də o olar ki, mütləq gəzib görməli yerləri araşdırsınlar. Dərslərimizin başlamağına 10 gün qalmış gəldiyimizə görə Romadakı ilk 10 günü şəhəri kəşf etməyə sərf etdik. İlk 10 gün turist kimi bütün görməli yerlərin tarixini oxuyub ora yola düşdük. Sonrakı günlər isə əsl tələbə həyatı başladı. Romada tələbələr üçün hər cür şərait var. Universitetimizin böyük kitabxanası, yüksək sürətli internetnən təmin olan kompüter otaqları var hansılar ki tələbənin ixtiyarına verilir. Universitetin yeməkxanası çoxçeşidli yeməkləri çox sərfəli qiymətə təklif edir. Dərslərdən sonra tələbələr öz asudə vaxtlarını çox səmərəli keçirirlər. Əsasən də beynəlxalq tələbələr üçün təşkil olunan şəhər gəzintiləri, görüşlər müxtəlif ölkələrdən olan insanlar ilə tanış olmaq üçün əla şansdı. Universitetdə beynəlxalq tələbələr üçün həm ingilis həm də italyan dili kursları pulsuz olaraq təklif edilir. Biz də hal hazırda İtalyan dili kursuna yazılıb qısa müddətdə bacardığımız qədər bu dili öyrənməyə çalışırıq. Dünyanın dörd bir yanından olan tələbələrlə bir yerdə təhsil almağın və yaşamağın bizə çox şey qatacağına inanırıq. Ümumiyyətlə bu cür mübadilə proqramı tələbələrin həm təhsilini həm də öz dünyagörüşünü inkişaf etdirməsi üçün inanılmaz fürsətdir. 


BMU xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb...

Bakı Mühəndislik Universitetinin Beynəlxalq Əlaqələr prorektorluğu xarici ölkə universitetləri ilə ikitə ətraflı oxu »

BMU-nun əməkdaşları Hacəttəpə Universitetində ezamiyyətdə...

09.07-13.07.2018 tarixlərində Bakı Mühəndislik Universitetində "Mühəndislik" fakültəsin ətraflı oxu »

Hacəttəpə Universitetinin müəllimi Erasmsu+ KA1 mübadilə ...

Avropa Birliyinin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində 23-27 iyun tarixlərində Hacəttəpə ətraflı oxu »

Porto Universitetinin nümayəndələri BMU-da...

Portuqaliyanın Porto Universitetində Biomedical institunun 2 əməkdaşı Erasmus + Mübadilə proqramı çər ətraflı oxu »