"Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib

"Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib
05 Jul 2019 11:31 | Baxılıb: 92

     

 

     Bakı Mühəndislik Universiteti və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və BP Azərbaycan şirkətinin maliyyə dəstəyi, həmçinin Asan İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Yeni Fikir VI" startap müsabiqəsinin  final mərhələsi keçirilib.

     Bakı Biznes Mərkəzində təşkil olunan tədbiri açıq elan edən layihənin rəhbəri İsa Qasımov "Yeni Fikir" layihəsinin tarixi, məqsədi və əvvəlki illərdə keçirilən müsabiqələrin nəticələri barədə məlumat verib.

    Açılış tədbirində iştirak edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov nazirlik adından tədbir iştirakçılarını salamlayıb və  ölkə başçısı İlham Əliyev  ölkəmizdə innovativ sahibkarlığın yaradılması istiqamətində gördüyü işlərdən, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin güclənməsi üçün yaradılan müasir texnologiyalı sənaye parklarının fəaliyyəti barədə ətraflı məlumat verib. Dünya iqtisadiyyatının qloballaşmasında innovasiyanın təsirini qeyd edən nazir müavini bu baxımdan müsabiqənin aktuallığını vurğulayıb.

   Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov tədbirdə çıxış edib. Tədbir iştirakçılarını salamlayan rektor bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda intellketual kapital, eləcə də intellektual biznes layiqincə inkişaf edir. BMU da öz işini prezidentin  ölkəmizdə intellektual kapitalın inkişafı, eləcə də informasiya cəmiyyətinin formalaşması istiqamətində həyata keçirdiyi sosial-iqtisadi siyasətinə uyğun olaraq qurur. Universitetin sahibkar universitet modelində inkişaf etdirildiyini deyən rektor həmçinin,  universitetdə Texnoparkın fəaliyyət göstərdiyini və burada innovasiyaların, eləcə də innovativ sahibkarlığın və  startapların inkişafına dəstək verildiyini də bildirib.

      BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə keçirilən "Yeni Fikir VI" startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq, həm də ekosistemə yeni startapların da daxil olmasına şərait yaradır. Belə ki, BP-nin dəstəyi ilə keçirilən təlim və mentorluq proqramları mövcud startapların güclənməsini təmin etməklə yanaşı, yeni startap layihələrinin formalaşması və inkişafına şərait yaradır. Müsabiqə əsasında Bakı, Sumqayıt və Gəncə şəhərlərində 1000-ə yaxın biznes təşəbbüskarına ümumilikdə 46 saat təlim, 271 saat mentorluq xidmətləri verilib. BP şirkəti müsabiqənin keçrilməsini  dəstəkləməklə Azərbaycanda aparılan islahatların ən aktual istiqmətlərindən biri hesab olunan innovasiya ekosisteminin güclənməsinə, həmçinin innovativ sahibkarlığın inkişafına ciddi töhfələr verir.

   "Yeni Fikir" startap müsabiqəsi innovativ sahibkarlığın (təşəbbüskarlığın, startapların və ya texnosahibkarlığın) inkişafını təşviq edən və dəstəkləyən layihədir. 2019-cu ilə kimi müsabiqəyə 842 startap layihəsi müraciət edib. Onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib. 35 layihənin inkişafı isə sponsor və tərəfdaşların dəstəyi ilə toxum investisiya və inkubasiya xidmətləri ilə dəstəklənib.  Bu il isə müsabiqədə iştirak etmək üçün 118 layihə qeydiyyatdan keçib. Onlardan 36 layihə yarimfinala vəsiqə qazanmışdı ki, onların da 12-si finalda yarışıblar.

    Mükafatlandırma mərasimində BP Azərbaycan şirkətinin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli BP-nin “Sosial sərmayə strategiyası”ndan biri kimi "Yeni Fikir VI" startap müsabiqəsinə nə göstərdikləri dəstəkdən məmnun olduqlarını qeyd edib. O, bildirib ki, BP ilə BMU arasında faydalı nəticələr verən əməkdaşlıq mövcuddur. Müasir dövürdə startapların rolunu vurğulayan natiq "Yeni Fikir VI" startap müsabiqəsində məktəblilərin də iştirakının təqdirəlayiq olduğunu qeyd edib.

    Çıxışlardan sonra komandalar stratap layihələrinin təqdimatını ediblər və münsiflərin suallarını cavablandırıblar. Təqdimatın sonunda münsiflər tərəfindən seçilən “WASCO”, “11delivery.com”, “Nanomaterial qatılmış yüksek keçirici naqil” , “TermoNorth” və “BETA-KİDS Education kit”  layihələri müvafiq olaraq ilk 5 yerə layiq görülüb. Beləliklə, müsabiqədə 1-ci yerə layiq görülən “WASCO” startap layihəsi 8000 manat, 2-ci yerə layiq görülən “11delivery.com” startap layihəsi isə 6000 manat maliyyə dəstəyi qazanıb. Bundan əlavə, qalib gəlmiş 5 layihənin kommersiyalaşdırlması və şirkətləşməsi prosesi BMU-nun Texnoparkında və ASAN İnnovasiyalar Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində inkubasiya və akselerasiya xidmətləri ilə dəstəklənəcək. Ayrılan maliyyə dəstəyi də startap layihələrdə iddia olunan biznes ideyanın kommersiyalaşdırılmasına və şirkətləşməsinə sərf ediləcək.

 

 

 

 

 

 

 

 

 

 


BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib...

Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun,& ətraflı oxu »

“Təşəbbüskarlıq seminarı”nın keçirilməsinə start verilir...

Bildirmək istəyirik ki, yeni dərs ilindən başlayaraq BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun, ətraflı oxu »

“ENACTUS BEU” komandasına üzv olmaq istəyən tələbələrin n...

E L A N Hörmətli BMU-nun tələbə və müəllimləri ! İlk növbədə onu bildirək ki, cari ilin avqust ayında u ətraflı oxu »

BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər...

1-5 iyul 2019-cu il tarixlərində Bakı Mühəsdislik Universitetinin Kompüter ətraflı oxu »