Azərbaycan Universitetlərində təhsil alan Əcnəbi tələbələrin Gəncə şəhərinə səfəri

Azərbaycan Universitetlərində təhsil alan Əcnəbi tələbələrin Gəncə şəhərinə səfəri
Aytac Ağayeva | 28 Mar 2018 10:58 | Baxılıb: 182

  6 Mart tarixində Azərbaycanın regionlarına gəzinti proqramı çərçivəsində Azərbaycan Universitetlərində təhsil alan Əcnəbi tələbələrin Gəncə şəhərinə səfəri baş tutmuşdur.

Təhsil Naziriliyi tərəfindən təşkil olunmuş səfərin məqsədi  Əcnəbi tələbələrə ölkənin tarixini tanıtmaqla yanaşı, İslam dünyasında yaranmış ilk müstəqil və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının 100 illiyini qeyd etmək idi. Bu səfərdə Bakı Mühəndislik Universitetində təhsil alan 2 tələbəmiz  Mozambikli Chaquira Issufo və İndoneziyalı Restu Hani də iştirak etmişdir.

İlk öncə onlar ölkənin keçmiş liderinin xatirəsinə saxlanılan çiçəklərin olduğu mühüm yeri ziyarət ediblər.Daha sonra onlar tur rəhbərlərinin köməyi ilə Hökümət  binasını ziyarət edib, Gəncə şəhərinin qədim  tarixi və onun siyasi-iqtisadi əhəmiyyəti, ölkənin mədəni həyatı, eləcə də Azərbaycanda dövlətçilik haqqında geniş məlumatlar əldə ediblər. Onlar şəhərin və ölkənin azadlığına qarşı mübarizədə çox böyük rol oynamış Şıxlinski Əliağa İsmayıl oğlu, Məmməd Əmin Rəsulzadə, dahiyanə yazar Nizami Gəncəvi və başqa görkəmli şəxslər haqqında məlumatlar əldə edib, daha sonra bir çox abidə və tarixi binalar ilə yaxından tanış olublar.

 

Səfərdən çox razı qalan tələbələr öz təəssüratlarını universitetin Xarici Əlaqələr şöbəsi ilə bölüşüblər:

 “Ümumiyyətlə, hamımız ziyarətdən çox məmnun qaldıq və  gedilən bütün məkanlar məlumat və mövzuları ilə təsəvvür edə bilməyəcəyimiz qədər maraqlı idi.Səfərdə bu yerlərin zənginliyi və gözəlliyi ilə tanış olduqca daha da zövq aldıq. Gəncədəki Hökümət binasında olan ən qədim sənədləri və ölkənin xəritəsini müşahidə etmək, eləcə də ölkənin  müstəqillik əldə etmək üçün  hansı mərhələləri keçməli olduğunu öyrənmək hamımızın ən çox sevdiyi an oldu. Bundan əlavə, tanınmış İmamzadə(Göy İmam) və Nizami Gəncəvi türbəsi, Xan Bağı Parkı kimi yerlərə, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinə ​​səfər bizim çox xoşumuza gəldi.”

Onlar bizimlə ziyarət etdikləri yerlərdə çəkdikləri bəzi şəkilləri də paylaşıblar: 


BMU xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb...

Bakı Mühəndislik Universitetinin Beynəlxalq Əlaqələr prorektorluğu xarici ölkə universitetləri ilə ikitə ətraflı oxu »

BMU-nun əməkdaşları Hacəttəpə Universitetində ezamiyyətdə...

09.07-13.07.2018 tarixlərində Bakı Mühəndislik Universitetində "Mühəndislik" fakültəsin ətraflı oxu »

Hacəttəpə Universitetinin müəllimi Erasmsu+ KA1 mübadilə ...

Avropa Birliyinin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində 23-27 iyun tarixlərində Hacəttəpə ətraflı oxu »

Porto Universitetinin nümayəndələri BMU-da...

Portuqaliyanın Porto Universitetində Biomedical institunun 2 əməkdaşı Erasmus + Mübadilə proqramı çər ətraflı oxu »