Bakı Mühəndislik Universitetinin İtaliyada Təhsil alan Magistr tələbəsi

Bakı Mühəndislik Universitetinin İtaliyada Təhsil alan Magistr tələbəsi
19 Apr 2018 02:16 | Baxılıb: 123

 Bakı Mühəndislik Universitetinin magistr tələbəsi olan Aysel Yusubzadə sentyabr-mart aylarında Erasmus + Ka1 Proqramı çərçivəsində İtaliyanın L'Aquila Universitetində oxuyub. Bizimlə öz təəssüratlarını bölüşən Aysel yazır:

“İlk növbədə oxuduğum universitetə öz təşəkkürümü bildirmək istərdim Bizlərə (tələbələrə içi mən qarışıq) belə bir şans və imkan yaradırsınız ki, Avropa Universitetlərində bir çox yeniliklərlə tanış oluruq. Yeniliklər dedikdə mən həm təhsil sistemində olan fərqlilik, həm də Avropa mədəniyyəti, yaşayışı nəzərdə tuturdum. Təbiiki bunların hər biri bir neçe yeniliklərdəndə ibarətdir. Məsələn, təhsil sistemi dedikdə xarici dildə, xarici müəllimlər tərəfindən keçirilən dərslər, sistemin 00 deyil 30 bal üzərindən olması, sessiya və semestr zamanı qruplarla real proje çalışmaları, sessiya zamanı imtahanların fərqli günlərdə 3 dəfə keçirilməsi və s.

Bəli ilk vaxtlarda çətin olur, lakin bir çox xoş hisslər yaradır: komplekslərdən azad olursan, xarici dili  daha çox istifadə etməyə başlayırsan, yeni biliklər əldə edirsən( proqramlar, dərsliklər)...

Və bunların hamısı əvəzolunmazdır mənim üçün. 

Erasmus mənə sadəcə tələbəlik həyatıma bir dəyişiklik qatmadı, həmçinin bir çox dost qazandırdı! Dünyanın bir çox ölkəsində mənim artıq dostlarım var, hansı ki orada olarkən çox tez-tez görüşürdük və bir-birimizlə ölkərərimiz, onun mədəniyyəti, mətbəxi, mentaliteti haqqında danışıqlar edirdik. Beləliklə dünya görüşümüzüdə artırmış olduq. 

Son olaraq Erasmusun ən gözəl tərəflərindən bir isə onun sənə yetərincək təqaüd ayırmasıdır. Qənaət edərək bir neçə ölkəni görmək imkanı əldə edirsən! Bu isə biz Gənclərin ən sevdiyi əyləncələrdən biridir.

 

Təşəkkür edirəm Erasmus! 

 

Ayrıca öz təşəkkürümü  Günel xanım və Əlişir müəllimə- də bildirmək istərdim!”

 


Porto Universitetinin nümayəndələri BMU-da...

Portuqaliyanın Porto Universitetində Biomedical institunun 2 əməkdaşı Erasmus + Mübadilə proqramı çər ətraflı oxu »

BMU-nun qonağı olan Türkiyəli nümayəndələr...

Beynəlxalq Əlaqələr prorektorluğunun növbəti qonaqları Türkiyənin Hacəttəpə Universitetindən oldu ətraflı oxu »

BMU-nin müəllim və magistr tələbələri Gürcüstanda “PROMİG...

Bakı Mühəndislik Universitetinin Avropa Birliyinin bir çox proqram və layihələrində aktiv iştirak etmə ətraflı oxu »

Portuqaliyanın nüfuzlu Porto universitetinin müəllimi Bak...

Bakı Mühəndislik Universitetinin (BMU) Avropa Birliyinin Erasmus+ KA1 tələbə və müəllim mübadilə p ətraflı oxu »