Hacəttəpə Universitetinin müəllimi Erasmsu+ KA1 mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində səfərdə olmuşdur

Hacəttəpə Universitetinin müəllimi Erasmsu+ KA1 mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində səfərdə olmuşdur
24 Aug 2018 23:16 | Baxılıb: 105

 Avropa Birliyinin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində 23-27 iyun tarixlərində Hacəttəpə Universitetinin Mühəndislik fakültəsinin İnşaat mühəndisliyi kafedrasının müəllimi Mehmet Doğruluk Bakı Mühəndislik Universitetində səfərdə olmuşdur. Qonaq əsasən öz fakültə və kafedrasına uyğun olaraq universitetimizin Mühəndislik fakültəsinin “Memarlıq və İnşaat” kafedrasında və onun laboratoriyalarında olmuş, universitet və onun fəaliyyəti barədə ətraflı məlumat almışdır. Onu da qeyd edək ki, qonağı Mühəndislik fakültəsinin dekanı Afər Əlifov, “Memarlıq və İnşaat” kafedrasının müəllimi Arzu Məmmədova və Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin məsləhətçisi Arif Nəcimov qarşılamış, fakültə, kafedra və gələcəkdə hazırlanması mümkün olan ortaq proqram və layihələr barədə geniş müzakirələr aparılmışdır.

Bunlarla yanaşı qonaq da Hacəttəpə Universitetinin Mühəndislik fakültəsinin İnşaat mühəndisliyi kafedrasının fəaliyyətindən, tədris prosesindəki yenilik və icra etdikləri layihələrdən universitetimizin əməkdaşlarına ətraflı məlumat vermişdir.


Səmərəli keçən görüş nəticəsində iki universitet arasında daha çox ortaq fəaliyyəti gücləndirmək, mühəndislik sahəsində bəzi tədris proqramlarının təkmilləşdirilməsi, birlikdə elmi-tədqiqat işləri üzərində işləmək, həmçinin elmi məqalələrin hazırlanması və məqalələrin ya universitetlərin və ya beynəlxalq elmi jurnallarında çap edilməsinin təşkili, birlikdə beynəlxalq (Erasmus+ KA2, HORİZON 2020 və s.) layihələrin və İnşaat mühəndisliyi ixtisasında ikili diplom proqramının hazırlanması kimi imkanlar müzakirə edilmişdir.


Onu da bildirək ki, universitetimizin Hacəttəpə Universiteti ilə həm Avropa Birliyinin Erasmus+ KA1, həm də Mevlana mübadilə proqramları çərçivəsində müqavilələri vardır. Bu isə o deməkdir ki, Bakı Mühəndislik Universitetinin müəllimləri 1 həftə ərzində, tələbələri isə uyğun (müqavilədə qeyd olunan) ixtisaslar üzrə bir və ya iki semestrlik təhsillərini Hacəttəpə Universitetində davam etdirə bilərlər.


Mübadilə proqramının sonunda Hacəttəpə Universitetinin müəllimi universitetin rəhbərliyinə, Beynəlxalq əlaqələr üzrə prorektorluğa, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin və “Memarlıq və İnşaat” kafedrasının bütün əməkdaşlarına ona göstərdikləri yüksək səviyyəli qonaqpərvəliyə görə təşəkkür edib, işlərinə uğurlar arzulayıb.
Erasmus+ KA1 mübadilə proqramının qaydalarına görə mübadilədə iştirak edən müəllimə proqramı uğurla bitirməsi barədə sonuncu gün universitet rəhbərliyi adından sertifikatı Mühəndislik fakültəsinin dekanı Afər Əlifov təqdim etmiş və xatirə şəkilləri çəkdirilmişdir.

 


BMU-nin Mətbuat xidməti.


BMU-da "İtaliyada ödənişsiz təhsil" ilə əlaqəda...

Universitetimizdə "WORLD LANGUAGE CENTER"in birgə təşkilatçılığı ilə daha bir "xaricdə təhsil" seminarı keç ətraflı oxu »

İstanbul Kültür Universitetinin əməkdaşları Bakı Mühəndis...

28.11.2018-ci il tarixində İstanbul Kültür Universitetinin, "Avropa və Beynəlxalq əlaqələr" şöbəsinin m&u ətraflı oxu »

"British Council" BMU ilə birgə layihələr həyat...

"British Council"ın Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia və nümayəndəliyin əməkdaşları Bakı M& ətraflı oxu »

BMU-nin tələbəsi “Seeds for the Future” proqramına seçilə...

Bakı Mühəndislik Universitetinin "İnformasiya Texnologiyaları" ixtisası üzrə təhsil alan 3-cü kurs tələbə ətraflı oxu »