Porto Universitetinin nümayəndələri BMU-da

Porto Universitetinin nümayəndələri BMU-da
Aytac Ağayeva | 17 Jul 2018 07:52 | Baxılıb: 60

  Portuqaliyanın Porto Universitetində Biomedical institunun 2 əməkdaşı Erasmus + Mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetinin qonağı oldu. Beş günlük davam edən proqramın məqsədi BMU-nun akademik fəaliyyəti ilə yaxından tanış olmaq, Azərbaycan üçün yararlı ola biləcək yay kurslarının təşkili barəsində müzakirələrin edilməsi və magistr tələbələri üçün bir sıra seminarların verilməsi idi.

 

Portuqalyalı nümayəndələr - Adriano Bordalo və Eva Amorim Sənayə və Kimya mühəndisliyi kafedrasını ziyarət edərək Sənayə mühəndisliyi kafedrasının tərkibində fəaliyyət göstərən Ekologiya magistrliyi üzrə təhsil alan tələbələrə seminarlar verdilər. Həmçinin, bu seminarlarda kafedranın əməkdaşları da iştirak etmiş və bundan əlavə, Sənayə mühəndislik kafedrasının əməkdaşı Etibar Qəhrəmanov qonaqları universitet ilə yaxından tanış etmiş və laboratoriyalarımız barədə geniş informasiya vermişdir. Bundan əlavə Kimya Mühəndisliyi kafedrasının magistr və müəllim heyətinin də daxil olduğu bir neçə seminar da baş tutmuşdur. Qeyd edək ki, seminarlar ətraf mühit bazalı – “Avrasiya regionunda suyun dayanıqlı şəkildə istifadə olunması” , “Çay hövzəsinin İdarə Edilməsi və Qiymətləndirilməsi” , “Sahil mühitində balıq bəslənmə sahələrinin bərpası” kimi mövzularda baş tutmuşdur.

 

Həmçinin Beynəlxalq Əlaqələr və Layihələrin İdarə Olunması şöbəsinin əməkdaşları da Portuqalyalı əməkdaşlarla görüş təşkil etmiş  və Bakı Mühəndislik Universiteti haqqında ətraflı məlumatlandırmışdır. Görüşün sonunda qonaqlara bir sıra hədiyyələr verilmiş və xatirə şəkili çəkdirilmişdir.


BMU tələbəsi Sloveniyanın Lyublyana Universitetində...

2017-2018-ci tədris ilinin yaz semesterində Erasmus tələbə mübadilə proqram ətraflı oxu »

BMU xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb...

Bakı Mühəndislik Universitetinin Beynəlxalq Əlaqələr prorektorluğu xarici ölkə universitetləri ilə ikitə ətraflı oxu »

BMU-nun əməkdaşları Hacəttəpə Universitetində ezamiyyətdə...

09.07-13.07.2018 tarixlərində Bakı Mühəndislik Universitetində "Mühəndislik" fakültəsin ətraflı oxu »

Hacəttəpə Universitetinin müəllimi Erasmsu+ KA1 mübadilə ...

Avropa Birliyinin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində 23-27 iyun tarixlərində Hacəttəpə ətraflı oxu »