Portuqaliyanın nüfuzlu Porto universitetinin müəllimi Bakı Mühəndislik Universitetində Erasmus+ KA1 proqramı çərçivəsində mühazirə oxumuşdur

Portuqaliyanın nüfuzlu Porto universitetinin müəllimi Bakı Mühəndislik Universitetində Erasmus+ KA1 proqramı çərçivəsində mühazirə oxumuşdur
05 Jul 2018 13:12 | Baxılıb: 93

  Bakı Mühəndislik Universitetinin (BMU) Avropa Birliyinin Erasmus+ KA1 tələbə və müəllim mübadilə proqramı çərçivəsində bir çox Avropalı universitetlər ilə əməkdaşlıq müqaviləsi vardır. Bu proqram vasitəsilə həm bizim, həm də tərəfdaş universitetlərin tələbə və müəllimləri təhsil-tədris mübadilə prosesində iştirak edirlər. Onu da qeyd edək ki, mübadilə prosesində iştirak edənlərin bütün səfər xərcləri Avropa Birliyinin Erasmsu+ KA1 proqramı tərəfindən ödənilir. Bu mübadilə proqramından faydalanmaq üçün müəyyən vaxtlarda elan edilən müsabiqədə iştirak etmək və qalib olan tələbə və ya müəllimlər seçdikləri ölkədə (müəllimlər 1 həftə (7 gün), tələbələr isə 1 semestrdən 2 semestrə kimi) mübadilə proqramında iştirak edirlər.

 

BMU-nin Portuqaliyanın ən nüfuzlu Porto Universiteti ilə Erasmus+ KA1 mübadilə sazişi çərçivəsində 25-29 iyun 2018-ci il tarixində PhD. Miguel Ferraz adlı müəllim universitetimizə gəlmiş və “Memarlıq və İnşaat” kafedrasında müxtəlif mövzularda mühazirə oxumuşdur. Bununla yanaşı Porto Universitetinin müəllimi kafedranın laboratoriyasında Memarlıq və Şəhərsalma ixtisaslarında təhsil alan birinci kurs tələbələrin əl işləri ilə tanış olub, müəllimlərlə ortaq elmi-tədqiqat işlərinin aparılması, həmçinin beynəlxalq layihələrin hazırlanması və idarə olunması kimi mövzular da ətraflı müzakirə edilib.

 

Portuqaliyalı müəllim öz təəsüratlarını bizimlə bölüşdüyü zaman qeyd etmişdir ki, Bakıda ilk dəfə olur və Avropa Birliyinin Erasmus+ KA1 proqramı onun kimi müəllimlərə çox gözəl imkanlar verir ki, səfər etdiyi ölkənin tərəfdaş universitetində öz bildiyi təcrübəni müəllim həmkarları və tələbələrlə bölüşsün. Bunlarla yanaşı ölkənin tarixi və mədəniyyəti, insanaları ilə tanış olub, beynəlxalq əlaqələrin qurulmasında iştirak edib, iki universitet arasında ortaq işlərin görülməsini müzakirə etməklə yeni layihələrin hazırlanmasına öz töhvəvi vermiş olursan.

 

Sonda Portuqaliyalı müəllim universitetin rəhbərliyinə, Beynəlxalq əlaqələr üzrə prorektorluğa, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin və “Memarlıq və İnşaat” kafedrasının bütün əməkdaşlarına ona göstərdikləri yüksək səviyyəli qonaqpərvəliyə görə təşəkkür edib, işlərinə uğurlar arzulayıb.

 

Erasmus+ KA1 mübadilə proqramının qaydalarına görə sonda mübadilədə iştirak edən müəllimə proqramı uğurla bitirməsi barədə universitet rəhbərliyi adından sertifikat təqdim olundu və bir neçə xatirə şəkilləri çəkildi.

 


WORLD LANGUAGE CENTER tərəfindən xaricdə təhsil seminarı ...

Universitetimizdə WORLD LANGUAGE CENTER təşkilatçılığı ilə xaricdə təhsil seminarı keçirilmişdir.&nbs ətraflı oxu »

BMU'nun tələbələri və müəllimlərinin Almaniyaya səfərində...

BMU-nun müəllim və tələbə heyəti DAAD “Study Visit” proqramı çərçivəsində Almaniya səfəri ətraflı oxu »

BMU'nun tələbələri və müəllimləri Almaniyada səfərdədir. ...

BMU-nun bir qrup müəllim və tələbə heyəti DAAD “Study Visit” proqramı çərçivəsində hal ha ətraflı oxu »

BMU-nun bir qrup tələbəsi DAAD-ın “Study Visit” proqramı ...

BMU-nun bir qrup müəllim və tələbə heyəti DAAD “Study Visit” proqramı çərçivəsində Almani ətraflı oxu »