Böyük Britaniyanın “Newcastle Universiteti”nin əməkdaşı BMU-nun qonağı olub

Böyük Britaniyanın “Newcastle Universiteti”nin əməkdaşı BMU-nun qonağı olub
15 Feb 2019 07:21 | Baxılıb: 5

Böyük Britaniyanın “Newcastle Universiteti”nin əməkdaşı xanım Andrea Lane Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov və Beynəlxalq əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşları ilə görüşüb.

   Universitetin fəaliyyəti haqqında qonağa geniş məlumat verən dosent M.Namazov Böyük Britaniyanın “Newcastle Universiteti” ilə də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. Britaniya Şurasının Azərbaycan üzrə ölkə direktoru, Mədəniyyət Attaşesi Samer Şah ilə universitetdə işgüzar görüşün keçirildiyini diqqətə çatdıran M.Namazov İngiltərə universitetləri ilə birlikdə yaxın aylardan etibarən ikili diplom proqramların hazırlanması və hazırlanacaq proqramların akkreditə olunmasına start veriləcəyini qeyd edib.

   Böyük Britaniyanın “Newcastle Universiteti”nin əməkdaşı xanım Andrea Lane öz növbəsində universitetin rektoru professor Havar Məmmədova, dosent Manafəddin Namazova və şöbənin əməkdaşı Arif Nəcimova onu Azərbaycana ilk səfəri zamanı universitetə dəvət etdiklərinə görə təşəkkürünü bildirib. Bundan başqa xanım A.Lane təmsil etdiyi universitetdə mühəndislik sahəsində xeyli ixtisasların olması gələcəkdə bu istiqamətdə hər iki universitet arasında ikili diplom proqramlarının hazırlanmasına, yay məktəblərinin təşkilinə və digər ortaq layihələrin hazırlanmasının mümkünlüyünü qeyd edib.

   Görüşdən sonra qonaq universitetin maddi-texniki bazası ilə yaxından  tanış olub. BMU Texnoparkın  müdiri dosent İsa Qasımov qonağa texnoparkın fəaliyyət istiqamətlərindən, "Yeni Fikir Müsabiqəsi"ndən, Startap və Biznes inkubasiya mərkəzindən, həmçinin icra etdikləri müxtəlif layihələr  haqqında məlumat verib.

 


"Gənclərin rəqəmsal texnologiyalardan səmərəli istif...

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının, İnn ətraflı oxu »

Vişeqrad təqaüd proqramı...

BMU-nun müəllim və tələbələrinin nəzərinə: Çexiya Respublikasının Bakıdakı səfirliyi Çex Respublikas ətraflı oxu »

BMU-nun əcnəbi tələbələri ilə toplantı təşkil olunub...

Bakı Mühəndislik Universitetində (BMU) hal-hazırda təhsil alan əcnəbi tələbələrlə toplantı Beynəlxalq ətraflı oxu »

BMU ilə yeni əməkdaşlıq müqaviləsi imzalanıb...

Hollandiya Biznes Akademiyasının rektoru, professor Jan van Zvieten və Rumıniyanın Azərbaycandakı Dil və Mədəniyyət Mərk ətraflı oxu »