"Almaniyada ödənişsiz təhsil" ilə əlaqədar seminar.

"Almaniyada ödənişsiz təhsil" ilə əlaqədar seminar.
24 Nov 2018 10:17 | Baxılıb: 190

Universitetimizdə "WORLD LANGUAGE CENTER"in təşkilatçılığı ilə keçirilən "xaricdə təhsil"  mövzusunda seminarlara biri də əlavə olundu.

 

Belə ki, 22 Noyabr tarixində baş tutmuş bu dəfəki seminarda daha spesifik mövzudan danışılırdı. Öncədən tələbələr arasında keçirilən sorğuya əsasən tələbələrin xaricdə təhsil üçün ən çox maraq dairəsində olan ölkə - Almaniya olaraq müəyyənləşmişdi. Sözügedən seminarda- Almaniyadakı ödənişsiz təhsil imkanları, magistr və doktorantura təhsil dərəcələri üzrə universitetlərə qəbul üçün tələb olunan şərtlər və Almaniyada təqaüd proqramları- xüsusi ilə “DAAD” proqramı ilə bağlı informasiya verildi; onların hansı şərtlərdə əldə edilməsi haqqında və bundan əlavə, viza prosesləri, Almaniyada yaşam xərcləri və iş imkanları kimi mövzular haqqında Bakı Mühəndislik Universitetinin tələbələrinə ətraflı şəkildə məlumat verildi.

 

Seminarın sonunda tələbələrin sualları ətraflı cavablandırıldı.


BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib...

Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun,& ətraflı oxu »

“Təşəbbüskarlıq seminarı”nın keçirilməsinə start verilir...

Bildirmək istəyirik ki, yeni dərs ilindən başlayaraq BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun, ətraflı oxu »

“ENACTUS BEU” komandasına üzv olmaq istəyən tələbələrin n...

E L A N Hörmətli BMU-nun tələbə və müəllimləri ! İlk növbədə onu bildirək ki, cari ilin avqust ayında u ətraflı oxu »

BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər...

1-5 iyul 2019-cu il tarixlərində Bakı Mühəsdislik Universitetinin Kompüter ətraflı oxu »