BMU'nun tələbələri və müəllimləri Almaniyada səfərdədir. Ardı var...

BMU'nun tələbələri və müəllimləri Almaniyada səfərdədir. Ardı var...
29 Oct 2018 22:21 | Baxılıb: 82

BMU-nun bir qrup müəllim və tələbə heyəti DAAD “Study Visit” proqramı çərçivəsində hal hazırda Almaniyada səfərdədirlər. Artıq bir həftdən çoxdur ki səfərdə olan heyət Beynəlxalq əlaqələr şöbəsi ilə öz təəsüratlarını bölüşüb. Hazırda Almaniyanın Marburq Universitetində olan  Maliyyə kafedrasının müdiri Dr. Füzuli Əliyev bildirir ki; “Tәhsil gәzintisinin növbəti günündә universitetimizin tәlәbәlәri Philipps University Marburg-da Azәrbaycan gecәsi keçirdilәr. Marburg Universitetinin müәllim vә professor heyәti, hәmçinin, bir çox xarici tәlәbәlәrin iştirak etdiyi tәdbirdә Azәrbaycanın tarixi, mәdәniyyәti, milli şirniyyatları, milli geyimlәri, o cümlәdәn, milli rәqslәri nümayiş olundu. Tәdbir boyunca iştirakçılara Azәrbaycan haqqında suallar verilәrәk, onlara Azәrbaycana mәxsus müxtәlif hәdiyyәlәr tәqdim olundu. İştirakçılar tәdbirdәn xoş tәәssüratlarla ayrıldılar vә xüsusilә dә milli geyimlәrimizә vә şirniyyatlarımıza böyük maraq göstәrdiklәrini bildirdilәr. Bakı Mühәndislik Universiteti olaraq, tәlәbәlәrimizin vәtәndәn kәnarda Azәrbaycanı tanıtdıqları vә tәmsil etdiklәri üçün qürur duyuruq!”

Tələbələrimiz səfərin növbəti günündə Almaniyanın bir sıra maliyyә təşkilatlarına - BaFin, Frankfurt Main Finance Center vә Deutsche Bundesbank-a sәfәr etmişlәr. Almaniyanın Maliyyə Bazarlarına Nəzarət İdarəsi olan BaFin-dә şirkәt haqqında әtraflı mәlumat almış vә sonra “Supervision of German Asset Management Companies, Investment Funds, Depositaries II” şöbəsinin müdiri Dr. Winfried A. Adam-ın tәqdimatında maliyyә bazarlarına nәzarәt sistemi, müştәri әminliyinin tәmin edilmәsi, çirkli pulların yuyulması vә terrorizmin maliyyәlәşdirilmәsinin qarşısının alınması barәdә seminarda iştirak etmişlәr. Daha sonra tәlәbәlәr Frankfurt Main Finance Center-in icraçı direktoru Andreas Glanzel tәrәfindәn keçirilәn “Frankfurt Avropanın maliyyə paytaxtı kimi” adlı seminarında iştirak etmiş, hәmçinin Brexit-in Avropanın maliyyә sisteminә tәsirlәri barәdә müzakirәlәr aparmışlar.

Deutsche Bundesbank-da (Almaniya Mәrkәzi Bankı Hessen regional ofisi) president ofisinin heyət üzvü Björn Backmann mərkəzi bankçılıq bank barәdә mәlumat vermiş, hәmçinin maliyyә böhranlarının Avropanın pul siyasәtinә tәsirindәn danışmışdır. Sözügedәn sәfәrlәrdә vә seminarlarda tәlәbәlәr interaktiv iştirak etmiş, tәcrübә vә iş imkanları barәdә mәlumatlandırılmışlar.

Tələbələrimizin səfəri Koblenz Tətbiqi Elmlər Universitetində davam edir.


BMU-da WORLD LANGUAGE CENTER tərəfindən 2-ci xaricdə təhs...

Universitetimizdə WORLD LANGUAGE CENTER təşkilatçılığı ilə 2-ci xaricdə təhsil seminarı keçirilmişdir. &n ətraflı oxu »

WORLD LANGUAGE CENTER tərəfindən xaricdə təhsil seminarı ...

Universitetimizdə WORLD LANGUAGE CENTER təşkilatçılığı ilə xaricdə təhsil seminarı keçirilmişdir.&nbs ətraflı oxu »

BMU'nun tələbələri və müəllimlərinin Almaniyaya səfərində...

BMU-nun müəllim və tələbə heyəti DAAD “Study Visit” proqramı çərçivəsində Almaniya səfəri ətraflı oxu »

BMU'nun tələbələri və müəllimləri Almaniyada səfərdədir. ...

BMU-nun bir qrup müəllim və tələbə heyəti DAAD “Study Visit” proqramı çərçivəsində hal ha ətraflı oxu »