BMU'nun tələbələri və müəllimləri Almaniyada səfərdədir. Ardı var...

BMU'nun tələbələri və müəllimləri Almaniyada səfərdədir. Ardı var...
29 Oct 2018 22:21 | Baxılıb: 172

BMU-nun bir qrup müəllim və tələbə heyəti DAAD-ın “Study Visit” proqramı çərçivəsində hal hazırda Almaniyada səfərdədirlər. Artıq bir həftədən çoxdur ki, səfərdə olan heyət, Beynəlxalq əlaqələr üzrə prorektorluq ilə öz təəsüratlarını bölüşüb. Hazırda Almaniyanın Marburq Universitetində olan  "Maliyyə" kafedrasının müdiri Dr. Füzuli Əliyev bildirir ki; “Tәhsil gәzintisinin növbəti günündә universitetimizin tәlәbәlәri Philipps University Marburgda "Azәrbaycan gecәsi" keçirdiblәr. Marburg Universitetinin müәllim vә professor heyәti, hәmçinin, bir çox xarici tәlәbәlәrin iştirak etdiyi tәdbirdә Azәrbaycanın tarixi, mәdәniyyәti, milli şirniyyatları, milli geyimlәri; o cümlәdәn, milli rәqslәri nümayiş olundu. Tәdbir boyunca iştirakçılara Azәrbaycan haqqında suallar verilәrәk, onlara Azәrbaycana mәxsus müxtәlif hәdiyyәlәr tәqdim olundu. İştirakçılar tәdbirdәn xoş tәәssüratlarla ayrıldılar. Qonaqlar milli geyimlәrimizә vә şirniyyatlarımıza böyük maraq göstәrdiklәrini bildirdilәr. Bakı Mühәndislik Universiteti olaraq, tәlәbәlәrimizin vәtәndәn kәnarda Azәrbaycanı tanıtdıqları vә tәmsil etdiklәri üçün qürur duyuruq!”

Tələbələrimiz, səfərin növbəti günündə Almaniyanın bir sıra maliyyә təşkilatlarına - "BaFin", "Frankfurt Main Finance Center" vә "Deutsche Bundesbank"a sәfәr etmişlәr. Almaniyanın Maliyyə Bazarlarına Nəzarət İdarəsi olan "BaFin"dә şirkәt haqqında әtraflı mәlumat almış vә sonra “Supervision of German Asset Management Companies, Investment Funds, Depositaries II” şöbəsinin müdiri Dr. Winfried A. Adamın tәqdimatında "Maliyyә bazarlarına nәzarәt sistemi, müştәri әminliyinin tәmin edilmәsi, çirkli pulların yuyulması vә terrorizmin maliyyәlәşdirilmәsinin qarşısının alınması" barәdә seminarda iştirak etmişlәr. Daha sonra tәlәbәlәr "Frankfurt Main Finance Center"in icraçı direktoru Andreas Glanzel tәrәfindәn keçirilәn “Frankfurt Avropanın maliyyə paytaxtı kimi” adlı seminarında iştirak etmiş, hәmçinin "Brexit"in Avropanın maliyyә sisteminә tәsirlәri barәdә müzakirәlәr aparmışlar.

"Deutsche Bundesbank"da (Almaniya Mәrkәzi Bankı Hessen regional ofisi) president ofisinin heyət üzvü Björn Backmann "Mərkəzi bankçılıq" bank barәdә mәlumat vermiş, hәmçinin maliyyә böhranlarının Avropanın pul siyasәtinә tәsirindәn danışmışdır. Sözügedәn sәfәrlәrdә vә seminarlarda tәlәbәlәr interaktiv iştirak etmiş, tәcrübә vә iş imkanları barәdә mәlumatlandırılmışlar.

Tələbələrimizin səfəri Koblenz Tətbiqi Elmlər Universitetində davam edir.


BMU-nun əməkdaşları Erasmus+ KA2 layihəsinin 8-ci toplant...

Ötən həftə Fransanın Monpelye Universitetinin rəhbərliyi ilə icra olunan “Azərbaycanda doktorantura təh ətraflı oxu »

BMU-da Melvana Mübadilə Proqramı ilə bağlı seminar keçiri...

BMU-da “Mevlana Mübadilə proqramı” ilə bağlı seminar təşkil olunub. Universitetin tələbələrinin iştirak ətraflı oxu »

BMU-da “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rə...

Bakı Mühəndislik Univeristetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazov Çinin ən ətraflı oxu »

Böyük Britaniyanın “Newcastle Universiteti”nin əməkdaşı B...

Böyük Britaniyanın “Newcastle Universiteti”nin əməkdaşı xanım Andrea Lane Bakı Mühəndislik Un ətraflı oxu »