Bakı Mühəndislik Universiteti ilə “Vision Academy” arasında əməkdaşlıq görüşü

Bakı Mühəndislik Universiteti ilə “Vision Academy” arasında əməkdaşlıq görüşü
28 Jan 2019 09:51 | Baxılıb: 75

     25 yanvar 2019-cu il tarixində Beynəlxalq Əlaqələr üzrə prorektorluq “Vision Academy” əməkdaşlıq görüşü keçirdi. Akademiyanın direktoru Rövşən Bağırov mərkəzin fəaliyyəti ilə bağlı ətraflı informasiya verdi. Direktor mərkəzin hazırda xarici ölkələrdəki 50 ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzaladığını çıxışında qeyd etdi. Görüşdə prorektor, dosent Manafəddin Namazovla məzunlarımızın xaricdə magistratura təhsili, əcnəbi tələbələrin Azərbaycan Universitetlərinə cəlbi, magistraturada ixtisas seçimi, əcnəbi tələbələr üçün daxili təhsil haqqı ilə əlaqədar güzəştlər və s. bu kimi məsələlərin müzakirəsi aparıldı.

Görüş zamanı "Vision Academy"nin rəhbəri Rövşən Bağırovun təhsilin növbəti mərhələsində ixtisas seçimi zamanı tələbələrə göstərilən dəstəklə bağlı seminar təqdimatı da müzakirə olundu.

Növbəti mərhələdə əməkdaşlıq müqaviləsinin şərtləri və hazırlanması ilə əlaqədar razılıq əldə olundu.

 


BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər...

1-5 iyul 2019-cu il tarixlərində Bakı Mühəsdislik Universitetinin Kompüter ətraflı oxu »

Qazaxıstan universitetlərində təhsil almaq üçün təqaüd pr...

Hörmətli abiturientlər, Qazaxstan Respublikası Təhsil və Elm Nazirliyi Qazaxstan Respublikası vətəndaş ətraflı oxu »

"Yeni Fikir VI" startap müsabiqəsinin final mər...

Bakı Mühəndislik Universiteti və İqtisadiyyat Nazirliyinin təşkil ətraflı oxu »

Körfəz Ərəb Dövlətləri universitetlərinin nümayəndələri B...

Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ətraflı oxu »